Hindistan səfiri BANM-da təqdimat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hindistan səfiri BANM-da təqdimat edib

15:47 - 26 / 04 / 2017
Hindistan səfiri BANM-da təqdimat edib

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sancay Rana BANM-də professor-müəllim heyəti, tələbələr və əməkdaşlar üçün “Dr. B.R. Ambedkar: Hindistan konstitusiyasının banisi və onun ölkənin yoxsul təbəqəsi və qadınların azadlığına istiqamətlənən vətəndaş hüquqlarında rolu” mövzusunda təqdimat keçirib.

1news.az-a qurumun mətbuat xidmətindən verilən məlumata görə, qonağı salamlayan BANM-in rektoru Elmar Qasımov səfir və onun diplomatik karyerası haqqında tədbir iştirakçılarına qısa məlumat verib və təqdimatın dünyanın ən böyük və gözəl ölkələrindən biri olan Hindistanın özünəməxsus mədəniyyətini və zəngin tarixini öyrənməkdə tələbələrə kömək edəcəyinə ümidvar olduğunu bildirib.

Görüşdə çıxış edən səfir Dr. Bim Rao Ambedkar və onun peşəkar və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. 2017-ci ilin aprel ayında 126-cı ildönümü qeyd olunan Dr. Bim Rao Ambedkar Hindistanın hüquqşünası, siyasətçisi və sosial islahatçısı olub. O yoxsul ailədə anadan olub,  müstəqil Hindistanın ilk ədliyyə naziri və Hindistan konstitusiyasının banisi olub. Dr. Ambedkar Hindistanın müasir tarixinin ən görkəmli şəxslərindən biri olmaqla sosial və gender ayrı-seçkiliyi ilə mübarizəsi və Hindistanın demokratik ölkə kimi inkişafında töhfəsi ilə yadda qalıb. Təqdimatdan sonra səfir iştirakçıların suallarını cavablandırıb.

Səfir Sancay Rana Azərbaycan və Hindistan arasındakı yaxın dostluq münasibətləri haqqında məlumatları bölüşüb.

O qeyd edib ki, iki ölkə arasındakı sıx münasibətlər qarşılıqlı və səmərəli tərəfdaşlığın inkişafına töhfə verəcək. Səfirin sözlərinə görə Hindistanın Texniki İqtisadi Əməkdaşlıq proqramı çərçivəsində Hindistan hökuməti dövlət işçiləri və peşəkarlar üçün Hindistanın aparıcı universitetlərində tam maliyələşdirilmiş təlim kurslarını təqdim edir. Təqdimat sual-cavab sessiyası ilə yekunlaşıb.

Pərvanə Sultanova

 

Paylaş:
371

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər