Hikmət Babaoğlu: AŞPA və bu kimi digər Avropa strukturları əslində Qərb imperializminin şantaj mexanizmləridir | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Babaoğlu: AŞPA və bu kimi digər Avropa strukturları əslində Qərb imperializminin şantaj mexanizmləridir

17:00 - 26 / 04 / 2017
Hikmət Babaoğlu: AŞPA və bu kimi digər Avropa strukturları əslində Qərb imperializminin şantaj mexanizmləridir

AŞPA və bu kimi digər Avropa strukturları əslində Qərb imperializminin milli dövlətlərə təzyiq etmək, onları şantaj etmək üçün yaratdığı xüsusi mexanizmlərdir. Zahirən insan hüquqları və azadlıqları kimi qlobal dəyərləri müdafiə edən mühüm bir Avropa strukturu kimi görünən bu təşkilatlar əslində imperializmin maraqlarına xidmət edir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib:

“Mexanizm belə qurulub ki, əvvəlcə ayrı-ayrı dövlətlər bu cür qurumlara cəlb olunur və onlara ümumi öhdəliklər qəbul etdirilir. Sonra isə planın ikinci əsas hissəsi işə düşür. Bu mərhələdə öz məqsədlərinə çatmaq, yəni, dövlətləri öz istəklərinə uyğun şəkildə idarə etmək, onları istismar etmək üçün addımlar atılır.

Buna etiraz edilən zaman isə dərhal həmin ölkə insan hüquq və azadlıqlarının pozulduğu ölkə kimi qələmə verilir və şantaja məruz qalır. Bu metod xüsusilə müsəlman ölkələrinə qarşı tətbiq edilir. Əgər konkret ifadə etməyə çalışsaq, Avropa İttifaqının bütün struktur vahidləri, o cümlədən AŞPA müsəlman ölkələrinə qarşı əməlli-başlı siyasi terror müharibəsi aparır. Onlar, belə demək mümkündürsə, insan hüquq və azadlıqları silahı ilə hücum edir, Yaxın Şərqdə başlatdıqları idarəolunan xaos müharibəsini bütün müsəlman ölkələrinə yaymağa çalışırlar. Bu hibrid müharibə növü Qərb imperializminin düşünüb tapdığı ən qəddar, ən amansız və ən əxlaqsız müharibədir.

Bu müharibə idarəolunan xaos nəzəriyyəsinə və vətəndaşların insan hüquqları adı ilə aldadılaraq öz əlləri ilə qurduqları dövləti yıxmağa əsaslanır. Bundan sonra isə həmin ölkənin dövləti həmin xalqın başına uçurulur və bütün sərvəti talan edilir. Ötən ilin 15 iyul hadisələri də Türkiyəni imperializmin yeni müharibə poliqonuna çevirməyə hesablanmışdı. Ancaq türk xalqı Qoca qitənin bu hiyləsinə aldanmadı. Əksinə, referendum qərarı alaraq öz milli dövlətini bir qədər də gücləndirdi. İndi Avropa bunun əvəzini çıxmağa çalışır. Ona görə də AŞPA vasitəsilə belə bir siyasi şantaj həyata keçirir”.

Milli Məclisin deputatı qeyd edib ki, belə şantajlara Azərbaycan da zaman-zaman məruz qalıb. Siyasi məhbus manipulyasiyası, məşhur Ştrasser monitorinqi kimi siyasi şoular hamımızın xatirindədir. Məqsəd Azərbaycana Qarabağı unutdurmaq, işğalçı Ermənistan tərəfindən hər cür hüquqları pozulan bir milyondan çox azərbaycanlının hüquqlarının bərpasını gözardı etmək, Azərbaycanda siyasi xaos yaratmaqla milli dövlətimizi zəiflətmək idi. Hazırda eyni siyasət Türkiyəyə qarşı aparılır. Çünki Qərb imperializmi islamofob fəlsəfə ilə idarə olunur. Müsəlman Şərqində apardıqları müharibə də onların gözündə növbəti səlib yürüşüdür. Bu yürüşün zəfərlə bitməsinə isə başlıca maneə Türkiyədir. Məsələnin kökündə bu dayanır. Ona görə, bundan sonra da Qərb imperializminin hücumları davam edəcək.

 “Çox mürəkkəb və həssas bir tarixi mərhələdən keçirik və çox ayıq olmalıyıq. Yeni birliklər yaratmalıyıq. TürkPA, Türk Şurası kimi təşkilatlarımızı gücləndirməli və birgə addımlar atmalıyıq. Bunu dəstəkləyən güclü iqtisadiyyat və hərbi sənaye qurmalıyıq. Əks təqdirdə, Qərb imperializminin müharibə maşını bundan sonra da bir çox xalqların milli dövlətlərini əllərindən almağa davam edəcək”, - deyə H.Babaoğlu bildirib.

S.Xankişiyeva

Paylaş:
658

Son xəbərlər

Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30
Bütün xəbərlər