895 min manatdan artıq vəsaitin büdcədən yayındırılmasının qarşısı alınıb
Respublikamızda qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyinin artırılması ilə bağlı həyata keçirilən tədbirlər, mütərəqqi islahatlar bu sahədə dinamik inkişaf üçün əsaslı stimul yaradıb.
Dövlət Gömrük Komitəsindən 1news.az-a verilən məlumata görə, son illərdə qeyri-neft sektorunun inkişafı istiqamətində əldə edilən nailiyyətlər, ölkəmizin ixrac potensialının artması, görülən işlərin nəticəsi kimi qiymətləndirilməlidir. Gömrük orqanları da daim ölkəmizin davamlı iqtisadi inkişafını təmin etmək məqsədilə həyata keçirilən siyasətə öz töhfəsini verməyə çalışır.
“Bir pəncərə”, “Elektron bəyannamə”, “Yaşıl dəhliz” və bu kimi digər yeniliklər, sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, şəffaflığın artırılması, ticarətin sürətli, asan və maneəsiz şəkildə həyata keçirilməsi üçün atılan mühüm addımlardır.
Lakin ölkə iqtisadiyyatının inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, münbit investisiya mühitinin yaradılması, daxili bazarın qorunması, yerli istehsalın inkişaf etdirilməsi istiqamətində görülən tədbirlərə etinasız yanaşan bəzi xarici iqtisadi fəaliyyət iştirakçıları dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmır, qanunvericiliyin tələblərinə əməl etməyərək idxal etdikləri malların dəyərini olduğundan aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışırlar.
Bu cür faktların araşdırılması məqsədilə Bakı Baş Gömrük İdarəsi tərəfindən ixracatçı ölkələrin gömrük orqanlarına göndərilən sorğular nəticəsində həmin ölkələrdən idxal edilən malların invoys qiymətlərinin azaldılması halları müəyyən edilib.
Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının apardığı araşdırma nəticəsində, sadəcə bu ilin aprel ayının ilk 10 günü ərzində təqdim olunan invoyslarla orijinal invoyslar arasında əmələ gələn fərq 1438404 ABŞ dolları (2488440 AZN) təşkil edib və aparılan hesablamalarla dövlət büdcəsinə əlavə olaraq 895000 manatdan artıq gömrük vergi və rüsumlarının köçürülməsi təmin edilib.
|
Firma |
Təqdim olunan invoys (USD) |
Orijinal invoys (USD) |
Fərq (USD) |
Fərq (AZN) |
|
"RAKURS" MMC |
5713,51 |
8593,51 |
2880,00 |
4 982,40 |
|
"RAKURS" MMC |
6162,00 |
10554,34 |
4392,34 |
7 598,75 |
|
"SEM-GROUP" MMC |
37000,00 |
46915,63 |
9915,63 |
17154,04 |
|
"Avrosof" MMC |
35009,30 |
52562,72 |
17553,42 |
30367,42 |
|
AĞASİYEV EMİL AYDIN OĞLU |
60730,00 |
136000,00 |
75270,00 |
130217,10 |
|
İMANOV ƏLİ NİZAMİ OĞLU |
48221,70 |
207000,00 |
158778,30 |
274686,46 |
|
NƏBİYEV İLHAM KƏRƏMULLAH OĞLU |
35734,48 |
71284,86 |
35550,38 |
61502,16 |
|
"ARSAN COMPANY" MMC |
33092,00 |
54438,00 |
21346,00 |
36928,58 |
|
"MZ GROUP AZƏRBAYCAN" MMC |
41993,29 |
77085,59 |
35092,30 |
60709,68 |
|
"Avrosof" MMC |
41890,72 |
75000,02 |
33109,30 |
57279,09 |
|
"LOTOS-2016" MMC |
17560,50 |
33899,00 |
16338,50 |
28265,61 |
|
"TRAYEKTORİYA-NF" MMC |
18818,00 |
1078 AktualİqtisadiyyatRedaktorun seçimiSizin üçün xəbərlərSon xəbərlərKaya Kallas Azərbaycanda səfərdədirBu gün, 13:51Bakıda müğənni əməliyyatdan sonra dünyasını dəyişibBu gün, 13:11Sabahın havası açıqlanıbBu gün, 12:40Kolumbiyada mədəndə partlayış: 9 işçi həlak olduBu gün, 12:03Nazir onu rəis təyin etdiBu gün, 11:52Kamaləddin Qafarov: “Azərbaycan öz siyasətini dəqiq diplomatik strategiya əsasında qurur”Bu gün, 11:42 |












