Silahlı Qüvvələrin Baş Qərargah rəisi beynəlxalq müdafiə sərgisində iştirak edib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Silahlı Qüvvələrin Baş Qərargah rəisi beynəlxalq müdafiə sərgisində iştirak edib – FOTO

20:05 - 26 / 04 / 2017
Silahlı Qüvvələrin Baş Qərargah rəisi beynəlxalq müdafiə sərgisində iştirak edib – FOTO

Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Xorvatiya Respublikasının Split şəhərində keçirilən dördüncü Adriatik Dəniz Müdafiə və Hava Məkanı Sərgisində iştirak edib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Xorvatiya Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin məqsədi hərbi sənaye mütəxəssisləri və istehsalçıları ilə bu sahənin liderlərini, icraçılarını və siyasətini təyin edən rəsmiləri bir araya gətirmək və satınalma sahəsində müasir müdafiə texnologiyalarını müzakirə etməkdir.

Sərgidə 70-ə yaxın xarici nümayəndə heyəti və 500-dən çox yerli və xarici şirkət iştirak edir.

Açılış mərasimində Xorvatiyanın Prezidenti, Baş nazirin müavini - müdafiə naziri və digər dövlət və hökumət rəsmiləri iştirak ediblər.

Səfər zamanı general-polkovnik N.Sadıkov sərgi ilə tanış olub və ikitərəfli görüşlər keçirib.

1news.az

Paylaş:
640

Son xəbərlər

Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30
Bütün xəbərlər