ATƏT Azərbaycanla Ermənistanın dövlət sərhədində monitorinq keçirəcək | 1news.az | Xəbərlər
Siyasət

ATƏT Azərbaycanla Ermənistanın dövlət sərhədində monitorinq keçirəcək

10:23 - 26 / 04 / 2017
ATƏT Azərbaycanla Ermənistanın dövlət sərhədində monitorinq keçirəcək

ATƏT sabah Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində növbəti monitorinqini keçirəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 27-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisində, qoşunların qarşıdurma xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Mixail Olaru keçirəcəklər.

Ermənistan tərəfindən isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçirəcəklər.

Babək Cahandarov

 

Paylaş:
516

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər