Arvadını başqa kişi ilə yataqda tutdu, şəklini çəkib “Facebook”da yaydı - FOTO | 1news.az | Xəbərlər
Dünya

Arvadını başqa kişi ilə yataqda tutdu, şəklini çəkib “Facebook”da yaydı - FOTO

10:38 - 26 / 04 / 2017
Arvadını başqa kişi ilə yataqda tutdu, şəklini çəkib “Facebook”da yaydı - FOTO

İki yolum vardı: ya onların ikisini də öldürməliydim, ya da sivil insan kimi davranmalıydım. Mən onları rüsvay etməyə, mənəvi cəhətdən öldürməyə üstünlük verdim”.

1news.az milli.az-a istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatındakı Emori şəhərində yaşayan Daston Hollouey arvadının ona xəyanət etməsindən şübhələnirdi. Srağagün o, işdən evə tez qayıdıb və gümanlarında yanılmadığını görüb.

Daha doğrusu, Daston arvadına beş günlük ezamiyyətə yollandığını demişdi. Axşam saatlarında evdən çıxan Daston şəhərdəki hoteldə qalıb və səhər saat 4-də evə qayıdıb.

D.Hollouey açarı ilə qapını açıb, sakitcə yataq otağına tərəf gedib. Qapını açanda o, arvadının qonşu kişi ilə yatdığını görüb.

Daston qışqırmayıb, dava salmayıb, arvadının məşuqunu öldürməyə çalışmayıb.

O, arvadı ilə bu qadının məşuqunun yuxulu vəziyyətdə fotolarını çəkərək Facebook profilində paylaşıb:

“Yaxşı kişinin yaxşı qadına haqqı var. Bu qadına isə yaxşı qadın, həyat yoldaşı, ev xanımı demək olarmı?! İlk əvvəl onları vurmaq istədim. Lakin sonra fikrimdən vaz keçdim. Arvadımı oyatmaq istədim - üzünə tüpürmək üçün. Amma o qədər içmişdi ki, özündə deyildi. Skuns kimi iy verirdi”, - deyə Daston yazıb.

Daston Holloueyin fotoları paylaşandan sonra on minlərlə insan onu dəstəkləyib.

Facebook istifadəçiləri Dastonun soyuqqanlı, mədəni davranışını bəyəndiklərini yazıblar.

Qeyd edək ki, cütlüyün 1 övladı var.

1news.az

Paylaş:
2174

Son xəbərlər

Bütün xəbərlər