Ölkə ərazisində yağmursuz hava şəraiti gözlənilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində yağmursuz hava şəraiti gözlənilir

12:34 - 26 / 04 / 2017
Ölkə ərazisində yağmursuz hava şəraiti gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 27-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz  olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-9, gündüz 15-20, Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  normadan yüksək 770 mm civə sütunu,  nisbi rütubət  gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında aprelin 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər  ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 6-11, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Babək Cahandarov

 

Paylaş:
554

Son xəbərlər

Bütün xəbərlər