ATƏT-in Azərbaycanla Ermənistanın dövlət sərhədində keçirdiyi monitorinq insidentsiz başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

ATƏT-in Azərbaycanla Ermənistanın dövlət sərhədində keçirdiyi monitorinq insidentsiz başa çatıb

13:47 - 27 / 04 / 2017
ATƏT-in Azərbaycanla Ermənistanın dövlət sərhədində keçirdiyi monitorinq insidentsiz başa çatıb

ATƏT-in bu gün Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu ərazisində, qoşunların qarşıdurma xəttində keçirdiyi monitorinq insidentsiz başa çatıb.

Bu barədə 1news.az-a məlumatı Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Mixail Olaru, Ermənistan tərəfindən isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Martin Şuster keçiriblər.

Babək Cahandarov

 

Paylaş:
632

Son xəbərlər

Bütün xəbərlər