Sinxua: Azərbaycan İpək Yolu İqtisadi Kəmərində açar halqadır – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Sinxua: Azərbaycan İpək Yolu İqtisadi Kəmərində açar halqadır – FOTO

15:23 - 27 / 04 / 2017
Sinxua: Azərbaycan İpək Yolu İqtisadi Kəmərində açar halqadır – FOTO

 “Xəzər dənizinin sahilində yerləşən, zəngin neft və digər təbii ehtiyatlara malik olan, Cənubi Qafqazın müasir dövləti Azərbaycan İpək Yolu İqtisadi Kəmərində açar halqadır.

Bu fikir Çinin Sinxua agentliyinin Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili Mətin Mirzə ilə müsahibə əsasında hazırladığı məqalədə əksini tapıb.

Yazıda Azərbaycanın Çinin “Bir kəmər, bir yol” strategiyasını, o cümlədən onun iki əsas istiqamətindən biri olan İpək Yolu İqtisadi Kəməri təşəbbüsünü tam dəstəklədiyi, özünün coğrafi şəraiti, nəqliyyat-logistika imkanları ilə Asiya və Avropa arasında yük daşımalarında aparıcı mövqeyə malik olması vurğulanır.

Agentlik müvəqqəti işlər vəkili M.Mirzəyə istinadla yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkənin nəqliyyat infrastrukturunun inkişafına böyük əhəmiyyət verir. Azərbaycan Transxəzər nəqliyyat dəhlizinin fəaliyyəti üçün hər cür şəraiti yaratmağa hazırdır. Bu dəhliz Asiya ilə Avropa arasında yük daşımalarında vaxt itkisini və maliyyə xərclərini azaltmağa imkan verəcək.

Məqalədə Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfərinin və səfər zamanı imzalanan sənədlərin iki ölkə arasında münasibətlərin möhkəmlənməsində vacib rol oynadığı qeyd edilir. Bu il Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd olunduğu bildirilir, bununla bağlı il ərzində bir neçə tədbirin təşkil ediləcəyi vurğulanır.

Bundan başqa, məqalədə iki ölkənin qarşılıqlı hörmət və etimad prinsipinə əsaslanaraq vacib məsələlərdə bir-birini dəstəklədikləri diqqətə çatdırılır.

AZƏRTAC

Paylaş:
483

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər