Cinayətkar şəbəkə ifşa olundu: 18 kiloqramdan artıq narkotik maddə ələ keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Cinayətkar şəbəkə ifşa olundu: 18 kiloqramdan artıq narkotik maddə ələ keçdi

17:10 - 27 / 04 / 2017
Cinayətkar şəbəkə ifşa olundu: 18 kiloqramdan artıq narkotik maddə ələ keçdi

Külli miqdarda narkotik maddənin qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.

1news.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat veriblər.

Məlumata görə, Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub.

Məlumata əsasən, külli miqdarda narkotik vasitənin İran vətəndaşları tərəfindən qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsi və Azərbaycanda realizə edilməsi öz təsdiqini tapıb.

Beləliklə, külli miqdarda narkotik vasitəni Azərbaycana mütəmadi olaraq qaçaqmalçılıq yolu ilə göndərən şəxslərdən biri əməliyyat yolu ilə müəyyən edilib. Eyni zamanda, həmin şəxsin külli miqdarda gətirdiyi narkotik vasitələrin satışını ölkə ərazisindəki ortaqları olan Azərbaycan vətəndaşları vasitəsilə reallaşdırması da müəyyənləşdirilib.

Azərbaycana mütəmadi olaraq qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə göndərən, eyni zamanda, gətirdiyi narkotik vasitələri ölkə ərazisində realizə edən şəxsin azərbaycanlı ortaqlarından narkotik vasitələrin nəzarət qaydasında alınması imkanları öyrənilərək müvafiq əməliyyat qrupu yaradılıb və müvafiq əməliyyat tədbirləri həyata keçirilib.

Biləsuvar rayonunda keçirilmiş əməliyyat tədbirləri nəticəsində, Azərbaycan vətəndaşları - Rüstəmov Ayaz Murtuz oğlu və Ağabalayev Orduxan Əlyağa oğlu saxlanılıb və onlardan satmaq istədikləri 18 ədəd bağlamada, ümumi xalis çəkisi 18 kq 20 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Babək Cahandarov

 

Paylaş:
478

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər