Azərbaycan və Xorvatiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Xorvatiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

18:26 - 27 / 04 / 2017
Azərbaycan və Xorvatiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

Xarici İşlər Nazirliyində Azərbaycan və Xorvatiya arasında XİN-lərarası siyasi məsləhətləşmələr keçirilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Xorvatiyanı isə xarici və Avropa işləri nazirinin müavini Qordan Bakota təmsil edib.

Görüşdə X.Xələfov iki ölkə arasındakı siyasi dialoqun yüksələn xətt üzrə inkişaf etdiyini və bu prosesdə dövlət başçılarının səfər və görüşlərinin əhəmiyyətli rol oynadığını qeyd edib. O, Azərbaycanın Xorvatiya ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsində və dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Bu xüsusda, hökumətlərarası iqtisadi komissiyanın vacib mexanizm kimi iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu deyib.

X.Xələfov Xorvatiya ilə potensial vəd edən əməkdaşlıq sahələri qismində gəmiqayırma, maşınqayırma, sənaye, kənd-təsərrüfatı, nəqliyyat və tranzit, həmçinin turizm sahələrini qeyd edib və xüsusilə energetika sahəsində əməkdaşlığın qarşılıqlı faydalı ola biləcəyini deyib.

Daha sonra X.Xələfov Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri qovşağında yerləşən Azərbaycanın nəqliyyat və tranzit sahələrində əməkdaşlığa xüsusi önəm verdiyini bildirib. Bu xüsusda, Xorvatiyanın Avropa qitəsinin nəqliyyat sistemində əhəmiyyətli yer tutduğunu və bu dəhlizlərin Avropa nəqliyyat sisteminə qoşulmasının çox mühüm qlobal iqtisadi inkişafa yol aça biləcəyini vurğulayıb.

Q.Bakota müntəzəm əsasda siyasi dialoqun davam etdirilməsinin məhsuldar fikir mübadiləsi və müzakirələr üçün önəmli olduğunu bildirib və yüksək səviyyədə olan siyasi dialoqdan faydalanaraq, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üzrə birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb. 2016-cı ilin oktyabrında Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar Kitaroviçin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin strateji səviyyəyə yüksəlməsində əhəmiyyətli rolundan bəhs edən Q.Bakota 2017-ci il iyunun 7-də keçiriləcək hökumətlərarası komissiyanın iclasının qarşılıqlı faydalı ola biləcəyini vurğulayıb.

Q.Bakota Azərbaycan ilə Avropa İttifaqı arasında tərəfdaşlıq sazişi üzrə danışıqlar prosesinin başlanmasını təqdirəlayiq hal kimi qiymətləndirib, bu prosesdə Xorvatiya hökumətinin dəstəyini diqqətə çatdırıb.

X.Xələfov regionda sülh və sabitliyə real təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. Danışıqlar prosesinin hazırkı vəziyyətinin Ermənistanın münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını göstərdiyini bildirib. X.Xələfov Ermənistanın işğalçılıq siyasətindən əl çəkməyərək, Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət, o cümlədən demoqrafik vəziyyəti dəyişmək yolu ilə status-kvonu möhkəmləndirməyə çalışdığını əlavə edib.

Q.Bakota Xorvatiyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin sülh yolu ilə və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə hörmət prinsipi əsasında həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

1news.az

Paylaş:
548

Son xəbərlər

Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06
Bütün xəbərlər