Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları qapalı olacaq | 1news.az | Xəbərlər
Siyasət

Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları qapalı olacaq

18:50 - 27 / 04 / 2017
Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları qapalı olacaq

Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin danışıqları ənənəvi olaraq qapalı keçiriləcək.

1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sabahkı görüşün protokol hissəsi açıq olacaq: "Nazirlərin danışıqları təbii ki, medianın iştirakı olmadan keçiriləcək. Lakin bu o demək deyil ki, danışıqlar prosesində nəsə gizli saxlanılır. O ki qaldı nazirlərin daha sonra mətbuat konfransı keçirib-keçirməyəcəklərinə, bu barədə heç nə deyə bilmərəm. Yəqin nazirlər öz aralarında razılaşandan sonra müvafiq addım atılacaq".

1news.az

Paylaş:
623

Son xəbərlər

Bütün xəbərlər