Şirvanda “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib

21:17 - 27 / 04 / 2017
Şirvanda “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib

Aprelin 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Şirvan Şəhər İcra Hakimiyyətinin  birgə təşkilatçılığı ilə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində konfrans keçirilib.

1news.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Elmira Ağayeva, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Adəm Hüseynov, AR Prezidenti yanında Bilik fondunun sektor müdiri Hacı Abdulla, kollecin direktoru Balamirzə Məmmədov, Şirvan şəhər Təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyev,  DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, eləcə də kollecin müəllim-tələbə heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Elmira  Ağayeva ölkəmizdə dinə dövlət qayğısından və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi dini maarifləndirmə tədbirlərinin  önəmindən danışıb.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov çıxışında bildirib ki, regionlarda keçirilən bu konfransların məqsədi Azərbaycanın müxtəlif bölgələrində cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması, dini mühitdə radikallığa meyillərin səbəbinin öyrənilməsi, dəyərləndirilməsi, bu meyillərin qarşısının alınması üçün səmərəli metodların aşkara çıxarılması, bu sahədəki kompleks tədbirlərin effektinin daha da artırılmasıdır.

Sədr müavini dini radikalizmin və ekstremizmin milli kimliyimizə qarşı yaratdığı təhdidlərdən, ənənəvi İslam anlayışının mahiyyətindən danışıb.

2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının önəmindən danışan G.İsmayılov bu təşəbbüsün İslam dünyasına, eləcə də dünyaya mesaj xarakteri daşıdığını bildirib. O, qeyd edib ki, dünyada artıq uzun illərdir ki, məqsədyönlü şəkildə islamofobiya hökm sürür, İslam ölkələrinin əleyhinə kampaniya aparılır. Belə amillərə qarşı mübarizə aparmaq və bunun üçün də həmrəylik nümayiş etdirmək lazımdır.

Daha sonra çıxış edən AR Prezidenti yanında Bilik fondunun sektor müdiri Hacı Abdulla bildirib ki, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği, həmçinin dini radikallığın, onu törədən səbəblərin aradan qaldırılması sahəsində ölkəmizdə aparılan genişmiqyaslı işlər, həyata keçirilən tədbirlər də öz müsbət nəticəsini verir.

Sonda Kollecin müəllim-tələbə heyətinin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırlıb, təklif və mülahizələri dinlənilib.

1news.az

Paylaş:
736

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər