Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb – FOTO

11:03 - 27 / 04 / 2017
Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdıb – FOTO

NATO-nun Əfqanıstanda həyata keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Silahlı Qüvvələrinin 54 nəfərdən ibarət qrupu plana uyğun olaraq rotasiya qaydasında Bakıya qayıdıb.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 hərbi qulluqçusu, 2 hərbi həkimi və mühəndis-istehkam ixtisası üzrə 2 zabiti Əfqanıstandakı missiyada iştirak edir.

Babək Cahandarov

 

Paylaş:
583

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər