Azərbaycanın və Fransanın hərbi mütəxəssisləri arasında kibertəhlükəsizlik üzrə işçi görüşü keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın və Fransanın hərbi mütəxəssisləri arasında kibertəhlükəsizlik üzrə işçi görüşü keçirilir

11:20 - 27 / 04 / 2017
Azərbaycanın və Fransanın hərbi mütəxəssisləri arasında kibertəhlükəsizlik üzrə işçi görüşü keçirilir

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Fransa Respublikası Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planına əsasən Bakıda  kibertəhlükəsizlik üzrə mütəxəssislərin işçi görüşü keçirilir. 

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəsizlik və digər sahələrdə kibertəhlükəsizliyin  gücləndirilməsinin vacibliyi vurğulanıb.

Mütəxəssislər tərəfindən kibertəhlükəsizlik, onlayn təhlükəsizlik, şəbəkələrin etibarlılığı üçün həlledici təminat məsələləri ən mühüm istiqamətlərdən biri kimi qiymətləndirilib. Bu sahədə səmərəli beynəlxalq əməkdaşlıq, lazımi qərarların qəbulu və onların həyata keçirilməsi məqsədilə hər il regional və qlobal səviyyədə dövlət, qeyri-hökumət və beynəlxalq qurumlar tərəfindən müxtəlif tədbirlərin təşkilinin vacibliyi qeyd olunub.

Qeyd edək ki, işçi görüş aprelin 28-dək davam edəcək.

Babək Cahandarov

 

Paylaş:
529

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər