Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

18:16 - 28 / 04 / 2017
Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

May ayının 1-də Bakının Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq

Bu barədə 1news.az-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Məlumata görə, Bakı şəhəri Pirallahı qəsəbəsini içməli su ilə təmin edən Zirə-Pirallahı magistral su xətti üzərində yeni birləşmənin aparılması ilə əlaqədar 1 may tarixində saat 09:00-dan etibarən gün ərzində Pirallahı qəsəbəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Babək Cahandarov

Paylaş:
993

Son xəbərlər

Bütün xəbərlər