Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının iclası keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının iclası keçirilib

19:08 - 28 / 04 / 2017
Dövlət Statistika Komitəsi yanında Statistika Şurasının iclası keçirilib

Aprelin 28-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (DSK) yanında Statistika Şurasının növbəti iclası keçirilib.

Komitədən 1news.az-a verilən məlumata görə, Statistika Şurasının iclasına çıxarılmış ilk məsələ Dövlət Statistika Komitəsində aparılmış İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminə dair auditin nəticələri ilə bağlı olub.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan islahatların effektivliyinin qiymətləndirilməsi etibarlı statistikaya tələbatı daha da artırıb: “Belə ki, statistika sahəsində dövlətin müəyyən etdiyi siyasətə xidmət etmək, yüksək etimadı doğrultmaq, ictimaiyyətdə və istifadəçilərdə statistikaya inamı yüksəltmək, onlarla qarşılıqlı əməkdaşlığın daha müasir formalarına nail olmaq statistika orqanları qarşısında duran ən başlıca vəzifələrdəndir. Bu baxımdan Dövlət Statistika Komitəsinin rəsmi statistika məlumatlarının istehsalı və yayılması sahəsindəki fəaliyyətinin ən yeni İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi beynəlxalq standartının tələblərinə uyğunluğunun yoxlanılması mühüm əhəmiyyət daşıyır”.

Komitə sədri qeyd edib ki, bununla əlaqədar sertifikatlaşdırma sahəsində dünya liderlərindən olan İsveçrənin “SGS” şirkətinin Azərbaycan üzrə nümayəndəliyi tərəfindən Dövlət Statistika Komitəsində 2016-cı ilin noyabr ayında ilkin, 2017-ci ilin mart ayında yekun audit həyata keçirilib. Auditorlar qrupu tərəfindən rəsmi statistika məlumatlarının istehsalı və yayılması proseslərinin idarə edilməsi ilə əlaqədar qəbul edilən sənədlərin statistika orqanlarında tətbiqi və icrası ilə bağlı görülən işlərin İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi standartının tələblərinə uyğunluğu yoxlanılıb. Audit yoxlaması Dövlət Statistika Komitəsi aparatının şöbələrində və keyfiyyətin  idarə edilməsi sisteminin tətbiq edildiyi 13 yerli statistika orqanında (Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Lənkəran şəhər, Bərdə, Ağdam, Ağstafa, Balakən, Qax, Saatlı, Samux və Zaqatala rayon statistika idarələri) həyata keçirilib.

“SGS” şirkətinin Azərbaycandakı yerli nümayəndəliyinin Sertifikatlaşdırma və Akkreditasiya üzrə meneceri Nigar Mahmudova və auditoru Asif Əmirsultanov DSK-də İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminin tətbiqi və sertifikatlaşdırma haqqında məlumat veriblər. Bildirilib ki, Dövlət Statistika Komitəsində həyata keçirilən fəaliyyətlər bu sahədə qəbul edilmiş standartlara tam uyğundur və  aparılmış auditin nəticələrinə görə Komitə “Rəsmi statistika məlumatlarının istehsalı və yayılması” sahəsində İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminə dair beynəlxalq uyğunluq sertifikatına layiq görülüb.

Tədbirdə vurğulanıb ki, DSK Azərbaycanda İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sisteminin beynəlxalq uyğunluq sertifikatına layiq görülən ilk mərkəzi icra hakimiyyəti orqanı olmaqla yanaşı, MDB məkanında da ilk statistika qurumu olaraq bu sertifikatı əldə edib.

Sonra İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatları Dövlət Statistika Komitəsinin rəhbərliyinə, şəhər və rayon statistika idarələrinin rəislərinə təqdim olunub.

Statistika Şurasının iclası “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”lə əlaqədar milli prioritetlər üzrə müəyyən edilmiş statistik göstəricilər və “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı” layihəsinin müzakirəsi ilə başa çatıb.

1news.az

Paylaş:
1169

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər