Neft yenidən bahalaşmağa başlayıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft yenidən bahalaşmağa başlayıb

09:40 - 28 / 04 / 2017
Neft yenidən bahalaşmağa başlayıb

Dünya bazarlarında neftin qiyməti yenidən artmağa başlayıb.

1news.az-ın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,10 faiz artaraq 49,51 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,03 faiz artaraq 51,97 dollar olub.

Babək Cahandarov

 

Paylaş:
773

Son xəbərlər

Bütün xəbərlər