Elmar Məmmədyarov Moskvada səfərdədir | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Moskvada səfərdədir

10:01 - 28 / 04 / 2017
Elmar Məmmədyarov Moskvada səfərdədir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüşdə iştirak etmək üçün Moskvada səfərdədir.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, E.Məmmədyarov Rusiyanın paytaxtına ötən gecə çatıb.

Bu gün Moskvada Dağlıq Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının görüşü olacaq. Görüş bağlı qapılar arxasında keçiriləcək.

S.Xankişiyeva

Paylaş:
620

Son xəbərlər

Bütün xəbərlər