Mübariz Əhmədoğlu: Ara Abramyan Rusiya elitasının ABŞ-ın əlində alətə çevrilməsinin mexanizmini nümayiş etdirdi | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Ara Abramyan Rusiya elitasının ABŞ-ın əlində alətə çevrilməsinin mexanizmini nümayiş etdirdi

11:58 - 28 / 04 / 2017
Mübariz Əhmədoğlu: Ara Abramyan Rusiya elitasının ABŞ-ın əlində alətə çevrilməsinin mexanizmini nümayiş etdirdi

Rusiya Erməniləri İttifaqının sədri A.Abramyanın 60 illik yubileyində Rusiyanın bütün hakim elitası iştirak edib. Eləcə də həmin hakim elita prezident V.Putinin də A.Abramyanın 60 illik yubileyinə təbrik məktubu göndərməsinə nail olub.

1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu yuxarıda qeyd olunan məsələni şərh edərkən deyib. Onun sözlərinə görə, A.Abramyanı xarakterizə edən ən vacib fikir D.Peskovun ona rus dilini öyrənməsini arzulamasıdır:

“A.Abramyanın 60 yaşı var. Təxminən 40 ilini milliyyətcə rus olan həyat yoldaşı ilə bir ailədə, həyat yoldaşının vətənində yaşayıb. Amma bununla belə A.Abramyan rus dilini  bilmir. Əlbəttə A.Abramyana qatı erməni millətçisi kimi də yanaşmaq olar. Qatı erməni millətçisini hazırda xarakterizə edən birinci keyfiyyət Rusiyaya, ruslara, rus pravoslavlığına nifrətdir. Amma biz A.Abramyana xəstə erməni millətçiliyini gizlədən şəxs kimi yanaşmırıq; A.Abramyanın intellektual keyfiyyətləri çox aşağıdır və məhz ona görə də 40 il ərzində hələ ki, o evində həyat yoldaşı ilə normal danışa bilmir.

Ara Abramyanı xarakterizə edən savadı, mədəni səviyyəsi deyil, Rusiya ərazisində oğurluq yolu ilə topladığı sərvətdir. SSRİ zamanı A.Abramyan Moskvada sıravi işçi kimi düzəldiyi elmi tədqiqat müəssisəsinin rəhbərinin qızı ilə evlənib və nəticədə onun bütün var-dövlətini ələ keçirərək özü üçün şəxsi biznes qurub, varlanıb və varının böyük qismini də Ermənistana, habelə Dağlıq Qarabağa xərcləyib. Dağlıq Qarabağla bağlı Rusiyanın rəsmi mövqeyi bəllidir. Amma buna baxmayaraq A.Abramyan erməni işğalçılığının artmasında  və davamlı olmasında iştirak edib”.

Rusiyanın hakim elitasının oğru Abramyanın Rusiyadan oğurladığı pulun başına toplaşdığını deyən M.Əhmədoğlu A.Abramyanın beynəlxalq aləmdə bəlli silah alverçisi olduğunu deyib. Əlavə edib ki, hətta A.Abramyanın iddiasına görə, Liviyanın keçmiş prezidenti Müəmmər Qəddafi ona 1 milyard dollar borclu imiş. A.Abramyan Rusiyanın silahını Liviyaya və digər dövlətlərə satıb:

“A.Abramyan Rusiya silah alverçiləri içərisində ABŞ tərəfindən axtarılmayan, həbs olunmayan yeganə şəxsdir. Bir neçə Rusiya vətəndaşı silah alveri ilə məşğul olduqlarına görə hazırda ABŞ-da həbsxanadadır və ya axtarışdadır. Amma A.Abramyan ABŞ-a çox rahat get-gəl edir. Yubiley mərasimindən qabaq ABŞ-da 6 ay müalicə olunub”.

Politoloq bildirib ki, A.Abramyan ənənəvi erməni prizmasından yüksək etik əxlaqi dəyərlərə malik şəxs deyil. Həm onun ümumi səviyyəsinin aşağı olması, həm də erməni mətbuatında qızının davranışı barədə yazılanlar da bunu deməyə əsas verir:

“A.Abramyanın bütün qeyri-qanuni fəaliyyəti ABŞ-a bəlli olsa da  o, ABŞ tərəfindən immunitetə malikdir. Rusiyanın hakim elitasının bunlardan xəbərdar olması və əksərən bunlardan istifadə etməsi də göz qabağındadır. A.Abramyan gələcək perspektivini ABŞ-a bağlayıb”.

M.Əhmədoğlu A.Abramyanın həmin 60 illik yubileyində həm də separatçı Dağlıq Qarabağın de-fakto başçısı B.Saakyanın iştirakının ayrıca mövzu olduğunu da qeyd edib:

“ABŞ-ın müəyyən dairələri ilə sıx əlaqəsi olan A.Abramyanın cəsarət edərək Rusiya prezidenti V.Putinin köməkçisi D.Peskov olan məclisə B.Saakyanı da çağırması mühüm məsələnin üstünü açdı; XX əsrin 80-ci illərin sonlarından ermənilər, xüsusilə Moskvadakı ermənilər ABŞ-ın əlində alətə çevrilərək SSRİ-nin dağılmasında fəal iştirak etdilər; Dağlıq Qarabağ problemi yaradıldı və gücləndirildi. SSRİ-nin dağılmasında ABŞ-ın planı ermənilərin vasitəçiliyi ilə Rusiyanın elitası tərəfindən icra olundu. Təxminən 30 ildən sonra 60 yaşlı A.Abramyan 30 yaşında ermənilərin məşğul olduğu əsas fəaliyyət növünü indi yenidən təkrarladı.

Rusiyanın elitasındakı ermənilərə həqiqətən xüsusi münasibət olub, ruslar ermənilərə inanırlar. Ermənilər də bu inamdan QİÇS (SPİD) virusu kimi istifadə edərək Rusiyanı daxildən çürüdürlər. ABŞ-ı Rusiya üzərində qələbə mövzusunda ruhdan düşməməyə qoymayan da erməni faktorudur. Bu inam özünü o tədbirdə də göstərdi.

Bir faktı yada salmaq istəyirəm: Vaxtilə Dağlıq Qarabağ adından danışıqlar prosesində aktivlik nümayiş etdirən Arkadi Qukasyan Moskvadakı restoranların birində ATƏT-in Minsk qrupunun rusiyalı sədri Vladimir Kazimirovla görüşmüşdü. Sonradan bu fakt ümummilli liderimiz Heydər Əliyevə bəlli oldu və Kazimirovu çox ciddi tənbeh etdi.

İndi “prezident B.Saakyan” Rusiyanın daha yüksək çinli rəsmilərinin qatıldığı məclisdə iştirak edir. Onların arasında təmasın olub-olmaması haqqında məlumat yayılmasa da erməni xislətinə bəlli olduğumuza görə deyə bilərik ki, B.Saakyan Peskova və Lavrova yaxınlaşıb. Eləcə də Rusiya elitasının milliyətcə rus olan digər təmsilçilərinə yanaşıb, onlarla söhbət aparıb. Əlbəttə bu söhbət elə də ciddi rəsmi rezonans yarada bilməyəcək. Amma B.Saakyan bu təmaslardan istifadə edərək Dağlıq Qarabağ ermənilərinə gop və yalan danışa biləcək. Bu da ermənilərin işğalçılığa ruhlanması üçün əlavə stimul olacaq”.

M.Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin yubanmasının istənilən anda Rusiyanın özünün əleyhinə çevrilə biləcəyini də vurğulayıb:

“Ermənilərin rus xalqına xəyanət tarixi zəngindir, xəyanət hadisələrinin sayı-hesabı yoxdur. Hadisələr ermənilərin rus xalqına qarşı SSRİ-nin dağıdılmasından daha böyük xəyanətin zəminini hazırlamaq istiqamətində gedir”.

Babək Cahandarov

 

Paylaş:
946

Son xəbərlər

Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54
Bütün xəbərlər