Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir | 1news.az | Xəbərlər
Siyasət

Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir

12:46 - 28 / 04 / 2017
Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir

Aprelin 28-də Moskvada Azərbaycan, Rusiya, Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilir.

1news.az-ın məlumatına görə, Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında təşkil edilən üçtərəfli görüş Rusiya Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunub.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının müzakirə olunacağı danışıqlar qapalı, mətbuatın iştirakı olmadan keçirilir.

Qeyd edək ki, damışıqların müəyyən mərhələsində görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti və Riçard Hoqland, eləcə də ATƏT sədrinin Dağlıq Qarabağ üzrə şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcəklər.

Babək Cahandarov

 

Paylaş:
804

Son xəbərlər

Bütün xəbərlər