Bakıda ABŞ-da təhsil sərgisi keçirilib-Fotolar | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ABŞ-da təhsil sərgisi keçirilib-Fotolar

17:34 - 29 / 04 / 2017
Bakıda ABŞ-da təhsil sərgisi keçirilib-Fotolar

ABŞ-ın Azərbaycandakı səfirliyinin və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyilə EducationUSA-in “Alumni Fair” adlı ABŞ –da təhsil sərgisi keçirilib.

1news.az-ın məlumatına görə, sərgi xaricdə təhsillə maraqlananlar üçün ABŞ universitetlərində təhsil alma imkanları haqqında məlumat əldə etmək üçün əla fürsət idi.

Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən universitetlərin məzunu olan azərbaycanlı və əcnəbi məzunlarla görüşüb, onları maraqlandıran suallarla məzunlara müraciət etmişdilər.

Sərgidə 20-dən çox ABŞ universitetləri və müxtəlif təqaüd proqramları  təmsil  olunmuşdur. ABŞ universitetlərinin azərbaycanlı və amerikalı məzunları öz universitetlərini təmsil edərək qonaqları təhsil arədə olan suallara cavab verib, lazımı materiall və bukletlərlə təmin edəcəklər.

Pərvanə Sultanova

 

Paylaş:
947

Son xəbərlər

Bütün xəbərlər