Müəllimə zorla qaçırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllimə zorla qaçırıldı

18:22 - 29 / 04 / 2017
Müəllimə zorla qaçırıldı

Saatlı rayonunda müəllimə zorla qaçırılıb.

1news.az  criminal.az-a  istinadla xəbər verir ki,  rayonun Nəsimikənd orta məktəbində müəllimə işləyən  28 yaşlı Reyhan Usubovanı 3 nəfər zorla maşına mindirib və ərazidən uzaqlaşıb.

Reyhan müəllimənin əmisi Hüsən Usubov - bildirb ki, Hacıqabul sakini olan Reyhan 2016-cı ilin sentyabrında təyinatla Saatlı rayonunun Nəsimikənd orta məktəbinə ibtidai sinif müəllimi göndərilib:"Dünən qardaşımın həyat yoldaşı ilə elə həmin kəndə Reyhanı Hacıqabula evinə gətirməyə getmişdik. Biz Reyhanının yaşadığı evdə onun dərsdən evə gəlməyini gözləyirdik. Xeyli vaxt keçsə də, gəlib çıxmadı.

Sonradan məlum oldu ki, Reyhan dərsdən evə qayıdarkən 3 nəfər tərəfindən zorla qaçırılıb. Qaçıranlardan bir nəfərini kənd sakinləri tutub saxlayıblar".

Hadisə ilə bağlı polisə məlumat verilib. Axtarışladan sonra Reyhanın Xaliq adlı şəxs tərəfindən qaçırılaraq Sabirabad rayonunda nənəsinin evində gizlədildiyi məlum olub. Qız tapılaraq ailəsinə verilib.

Qızı qaçıran Xaliq adlı şəxs Nəsimikənd məktəbində təmir işi ilə məşğul olurmuş. Polis müəlliməni qaçıran şəxsi saxlayıb. 

1news.az

 

Paylaş:
781

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər