Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti qeyri-sabit keçəcək, yağış, dolu yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti qeyri-sabit keçəcək, yağış, dolu yağacaq

13:16 - 01 / 05 / 2017
Meteoroloqlardan xəbərdarlıq: Hava şəraiti qeyri-sabit keçəcək, yağış, dolu yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 2-nə olan hava proqnozunu açıqlayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında mayın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 11-14, gündüz 20-25, yarımadanın bəzi yerlərində 28, Bakıda gecə 12-14, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi  763 mm civə sütunu, nisbi rütubət  gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında mayın 2-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı, axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 10-15, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

Meteoroloqların xəbərdarlığına görə, mayın 2-si axşam qərb rayonlarından başlayaraq mayın 5-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı ehtimalı var.

Babək Cahandarov

Paylaş:
610

Son xəbərlər

Bütün xəbərlər