İsveçdə ən böyük şiə məscidi yandırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İsveçdə ən böyük şiə məscidi yandırılıb

14:22 - 01 / 05 / 2017
İsveçdə ən böyük şiə məscidi yandırılıb

İsveçdə Stokholmun ətrafında Yerfelleda yerləşən İmam Əli şiə məscidində bazar ertəsi yanğın baş verib.

1news.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə İsveçin SVT televiziyası məlumat yayıb:

“Məscidin yandırıldığı ehtimal edilir”, - Stokholm polisinin nümayəndəsi Lars Bistrem belə deyib.

Yanğın haqqında məlumat polisə bazar günü 23:16-da daxil olub. Xəsarət alanlar haqqında məlumat yoxdur.

Məscidin binasında yerləşən kitabxanada 3 minə yaxın kitab var. Kitabların yanmasına dair məlumat yoxdur:

“İlkin proqnozlara müvafiq olaraq, binanın 30-50%-i zədələnib, bu, hazırda əlimizdə olan məlumatdır”, - deyə məscidin nümayəndəsi Aki Zahiri İsveç telekanalına bildirib.

Onun sözlərinə görə, məscidin binasının sahəsi təxminən 3500 kvadratmetrdir.

1news.az

Paylaş:
661

Son xəbərlər

Bütün xəbərlər