Arabian Travel Market: Dubay turizm sahəsindəki uğurlarının sirrini açır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Arabian Travel Market: Dubay turizm sahəsindəki uğurlarının sirrini açır – FOTO

14:30 - 01 / 05 / 2017
Arabian Travel Market: Dubay turizm sahəsindəki uğurlarının sirrini açır – FOTO

Aprelin 24-dən 27-dək Dubayda Arabian Travel Market (АТМ) adlı 17-ci Yaxın Şərq ölkələri beynəlxalq turizm sərgisi keçirilib.

Sərgi şeyx Məhəmməd ibn Rəşid əl-Məktub, vitse-prezident, Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və Dubay hökmdarı, eləcə də Dubayın Turizm və kommersiya marketinqi departamentinin rəhbərliyi ilə çox uğurlu keçib.

1994-cü ildən keçirilən sərginin göstəriciləri ilbəil 10% artır. Bu il 22 min kvadratmetrə sahib sahədə 87 ölkədən 3 min eksponat, eləcə də Avropa, Yaxın Şərq, Şimali Afrika, Cənub və Mərkəzi Afrika, ABŞ və cənub-şərqi Asiyadan 60 milli turizm təşkilatları iştirak edib.

Orta hesabla Arabian Travel Market sərgisinə 135 ölkədən 26 min mütəxxəsis qoşulub. Bu il də ATM yeni innovasiyalar və layihələr üçün ideal platforma rolunu oynadı.

Qeyd edək ki, AZƏRTAC-ın verdiyi xəbərə görə, Azərbaycanı bu sərgidə Mədəniyyət və Turizm Nazirliyinin, Turizm şöbəsinin  rəhbəri Aydın İsmiyev təmsil edib. Azərbaycan pavilyonunda PASHA TRAVEL, Silk Way Travel/AZAL, Absheron Hotel Group, Zakher Travel Azerbaijan", Atlas Travel, Azerbaijan Convention Bureau/Baku Shopping Festival, Baku City Circuit kimi 40-dan çox məşhur şirkətləri birləşdirib.   

“Ölkəmizin BƏƏ-də səfiri Daşqın Şikarov və Dubayda baş konsulumuz Pərviz İsmayılzadə Azərbaycan pavilyonuna gediblər. Sərginin elə ilk günündə ölkəmizin ekspozisiyası çoxsaylı ziyarətçilərin, o cümlədən turizm bazarı peşəkarlarının və potensial turistlərin diqqətini cəlb edib. Azərbaycan stendində ölkəmizin ən məşhur turizm istiqamətləri barədə təkliflər, turizm potensialı və görməli yerləri haqqında müfəssəl məlumat əldə etmək olar”, - deyə həmin press-relizdə qeyd olunub.

Reed Travel Exhibitions təşkilatının direktoru Mark Uolşun sözlərinə görə, bu il bütovlükdə turizm və qonaqpərvərlik üçün dönüş oldu:

“Sərgidə bu qədər eksponat və ziyatəçilərin olması bir daha Yaxın Şərq regionlarında bazarın ən tez inkişaf edən və dinamik olmasını göstərir”.

Sərginin möhtəşəmliyi həqiqətən də heyranedicidir: aviaşirkətlər; kurortlar və spa-mərkəzlər; avtomobillərin kirayəsi üzrə şirkətlər; avtobus şirkətləri; konfrans/həvəsləndirici məzuniyyət/görüşlərin keçirilməsi üçün yerlər; kruiz/bərə şirkətləri; aeroportların yerüstü xidmətləri; yerləşdirmə mehmanxana/xidmətləri; internet-dəstək xidmətlərinin nümayəndələri; biletlərin sifarişi; ixtisaslaşdırılmış bayram təşkilatçıları; telekommunikasiya/texniki xidmətlərin nümayəndələri; turizm məsləhət assosiasiyaları və sairələr bu iki nəhəng pavilyonda öz əksini tapıb.

Hər bir iştirakçı öz məhsul və şirkətini maskimal dərəcədə yüksək səviyyədə təqdim etməyə çalışırdı. Sərginin hər bir stendində yeni müqavilələr imzalanırdı.

Bir sözlə Arabian Travel Market sərgisi sanki “dünyanın mini-modelidir” ki, burada multikulturalizm, tolerantlıq, mədəniyyət və ənənələrin rəngarəngliyi öz əksini tapıb.

Sərginin əsas ziyarətçiləri – turizm agentlikləri, müxtəlif konfransların təşkilatçıları, ekoturizmin və ekstremal turizmin nümayəndələri, qrup səyahətlərinin təşkilatçıları, təşkilat üzrə  mütəxəssislər, aeroportların yerüstü xidmətləri, daxili və xarici bazarların turoperatorları, turizm internet-xidmətləri sahəsinin nümayəndələri, hava, yerüstü, dəmir yolu və su nəqliyyatı üzrə nəqliyyatı nümayəndələri və s. idi.

Əlbəttə ki, dünya mediasını təmsil edən jurnalistlər də bu sərginin iştirakçılarından biri idi. Azərbaycanı ATM-də flydubai avia şirkətinin dəvəti ilə 1news.az informasiya agentliyinin nümayəndəsi təmsil etdi.

Flydubai-ın stendini şeyx Məhəmməd ibn Rəşid əl-Məktub, vitse-prezident, Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və Dubay hökmdarı, eləcə də şeyx Həmdan ibn Məhəmməd ibn Rəşid əl-Məktum də ziyarət etdi.

Bununla yanaşı, burada bəxtini sınayaraq flydubai-ın istənilən reysi üçün bilet də udmaq mümkün idi. Bunun üçün sadəcə olaraq pilot rolunu uğurla oynamaq: virtual uçuş zamanı sükanı saxlamaq və təyyarəni asan endirnək lazım idi.

Flydubai şirkəti sərgidə ilk olaraq OPEN bonus proqramını təqdim edib. Buradakı sadə sxem üzrə bonus xallarının toplanması təqdim edilib. Hazırda bu proqrama 200-dən artıq millətin nümayəndəsi qoşulub. OPEN iştirakçıların ən çoxu 12%-lə Hindistanın payına düşüb. Daha sonrakı yerləri Pakistan, Səudiyyə Ərəbistanı, Rusiya və BƏƏ tutur.

Bonus proqramını izah edən flydubai-ın icraçı direktoru Qeyt əl-Qeyt bildirib:

“Biz regionda səyahətin konsepsyasını dəyişmişik. Sərnişinlərə lazım olan seçim və ödəniş azadlığı vermişik”.

Avia şirkətin əlavə xidmətlər üzrə vitse-prezidenti Nahid əl-Keysi qeyd edib:

“OPEN proqramı minimum məhdudiyyətlərə sahib dərhal bonusların hesablanması proqramıdır. Bu, sadə və anlaşıqlıdır. OPEN hər bir sərf olunan dollara görə mükafat təqdim edir. Biz otel və restoran, br sıra brendlərlə əmkdaşlıq münasibətlərimiz genişləndiririk. Bu da OPEN-in mütərilərinə bonus qazanmağa imkan verir”.

Bundan əlavə, BƏƏ-dəki Dubai Islamic Bankı ilə birgə OPEN proqramının brenləşmə kartı var ki, bu da əmənətçilərə daxili və xaricdə alış-veriş zamanı bonus qazanmağa imkan verir.

Həmçinin flydubai “flydubai-la holidays” adlı turizm bölməsinidə təqdim edir. Bu, uçuşları, oteldə qalma və digər xidmətləri özündə cəmləşdirən səyahət təşkilatını sadələşdirərək müştərilərə əlavə imlanlar verir.

“Flydubai-la holidays” müştərilərimizə səyahətin yeni təcrübəsini təqdim edəcək – bir platformadan istifadə edərək öz istirahətini sərbəst seçmək imkanı verəcək” – flydubai-ın kommersiya direktoru Həmad Obaydalla qeyd edib.

“Flydubai-la holidays” bölməsinin vitse-prezidenti Nelson D`Souza qeyd edib:

“Otel və onlayn-bronlaşma ilə bağlı müxtəlif tarifləri bizim rəqabətli qiymətləri birləşdirərək sərfəli qiymətlərlə turizm paketlərimizi təqdim edəcəyik. Turizm sahəsinin aparıcı mütəxxəsisləri ilə əməkdaşlıq edərək istifadəçi interfeys və portalın funksuonlalığını əl çatan və rahat edəcəyik”.

“Flydubai-la holidays” bölməsi vasitəsilə aviaşirkətin marşrutu üzrə turizm paketləri təqdim edərək: Azərbaycan, Gürcüstan, Misir, Hindistan, Maldiv, BƏƏ, Səudiyyə Ərəbistanı, Tailand, Tanzaniya, Türkiyə, Çexiya və Şri-lanka kimi məşhur istiqamətləri özündə cəmləşdirəcək.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
1722

Son xəbərlər

Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52
Bütün xəbərlər