Bir neçə ölkənin mədəniyyət nazirləri Bakıya gələcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bir neçə ölkənin mədəniyyət nazirləri Bakıya gələcək

15:25 - 01 / 05 / 2017
Bir neçə ölkənin mədəniyyət nazirləri Bakıya gələcək

Bir sıra ölkələrin mədəniyyət nazirləri 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edəcək.

1news.az xəbər verir ki, 2017-ci ilin 4-6 may tarixində YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Ümumdünya Turizm Təşkilatı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESKO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkdir.

Forumda Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Nabi Avci, Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinsky, Gürcüstan Respublikasının mədəniyyət və abidələrin mühafizəsi naziri Mikheil Giorgadze, Qətər Dövlətinin mədəniyyət və idman naziri Salah N.A.Al-Madheed, Makedoniya Respublikasının mədəniyyət naziri Elizabeta Kancheska Milevska, Misir Ərəb Respublikasının mədəniyyət naziri Helmy Eltantawy, Efiopiya Federativ Demokratik Respublikasının mədəniyyət və turizm üzrə dövlət naziri Meaza Gebremedkin, İraq Respublikasının mədəniyyət, turizm və əntiq əşyalar naziri Fryad F.Hassan, Cənubi Sudan Respublikasının mədəniyyət, gənclər və idman naziri Nadia Mayom, Sudan Respublikasının mədəniyyət və informasiya naziri Al-Tayyib Hassan Badawi, Mavritaniya İslam Respublikasının mədəniyyət və sənətkarlıq naziri Hindou Mint Ainina, Monteneqro Respublikasının mədəniyyət naziri Janko Ljumovic, Seyşel Adaları Respublikasının Gənclər, idman və mədəniyyət naziri Idith Alexander, Tacikistan Respublikasının mədəniyyət naziri Orumbekzoda Shaiddin Shodibek, Keniya Respublikasının gənclər, mədəniyyət və incəsənət naziri Hassan Arero iştirak edəcək.

Azərbaycan tərəfinin təklifi ilə Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı, Dünya Forumu Nazirlər Görüşü keçiriləcəkdir. Forum çərçivəsində keçiriləcək sessiyalarda insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi kimi mövzuları əhatə edəcəkdir.

Forum artıq 4-cü dəfədir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur. Əlavə məlumat forumun rəsmi internet portalı: www.bakuprocess.az saytından əldə etmək mümkündür.

Fərid Ədalət

Paylaş:
503

Son xəbərlər

Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41
Bütün xəbərlər