AİDA rəhbəri inkişafın maliyyələşdirilməsi tədbirində iştirak edib | 1news.az | Xəbərlər
Siyasət

AİDA rəhbəri inkişafın maliyyələşdirilməsi tədbirində iştirak edib

16:00 - 01 / 05 / 2017
AİDA rəhbəri inkişafın maliyyələşdirilməsi tədbirində iştirak edib

Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən Banqkok şəhərində keçirilmiş “Asiya və Sakit okean regionunda inkişafın maliyyələşdirilməsi üzrə 4-cü Yüksək Səviyyəli Dialoq” tədbirində iştirak edib.

XİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, tədbirdə çıxış edən Ə.Şıxəliyev BMT tərəfindən qəbul edilmiş dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün ölkəmizdə aparılan işlər, o cümlədən  Prezident İlham Əliyevin fərmanı ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması və ölkə iqtisadiyyatının əsas sektorlarının inkişafı üzrə strateji yol xəritələrinin qəbul edilməsi və icrası, xüsusən Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına yönələn tədbirlər barədə məlumat verib.

Bununla əlaqədar olaraq, Azərbaycan nümayəndəsi həmçinin kiçik və orta sahibkarlıq və ailə biznesinə, xüsusilə kənd yerlərində yerləşən istehsal yönümlü ailə təsərrüfatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD”ın fəaliyyəti haqqında danışıb.

Pərvanə Sultanova

Paylaş:
675

Son xəbərlər

Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54
Bütün xəbərlər