Mənsum İbrahimov və Arif Qazıyevə Prezident təqaüdü verilib | 1news.az | Xəbərlər
Rəsmi

Mənsum İbrahimov və Arif Qazıyevə Prezident təqaüdü verilib

20:22 - 01 / 05 / 2017
Mənsum İbrahimov və Arif Qazıyevə Prezident təqaüdü verilib

Prezident İlham Əliyev Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

İbrahimov Mənsum İsrafil oğlu

Qazıyev Arif Lətif oğlu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

1news.az

Paylaş:
1109

Son xəbərlər

Bütün xəbərlər