Alfa Romeo Giulietta artıq Bakıda – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Alfa Romeo Giulietta artıq Bakıda – FOTO

10:32 - 01 / 05 / 2017
Alfa Romeo Giulietta artıq Bakıda – FOTO

Alfa Romeo brendi avtomobil həvəskarlarının səbirsizliklə gözlədiyi yeni modellərini təqdim etməyə davam edir.

 “Küləyə qalib gəl!” marafonunda Alfa Romeo Giulietta modelinin təntənəli təqdimatı keçirilib. 100 ildən artıq tarixi olan Alfa Romeo yalnız avtomobil istehsal etməklə kifayətlənməyib, sosial layihələrə qoşularaq insan həyatı və sağlamlığına fokuslanıb. “Bakı Marafonu – 2017” idman layihəsində iştirakının əsas məqsədi insanları sağlam həyat tərzinə həvəsləndirməkdir. Alfa Romeo 4C Start nöqtəsindən qaçıcıları müşayiət edib və marafon qalibləri ilə birgə finiş xəttinə gəlib, sevinclərini onlarla bölüşüb.

Bakı Olimpiya stadionunda təşkil olunmuş Alfa Romeo güşəsində Alfa Romeo Giulietta modeli iştirakçılar tərəfindən maraqla qarşılanıb. Burada markanın bütün model cərgəsi, Alfa Romeo Giulia, Alfa Romeo Mito və Alfa Romeo 4C də nümayiş olunub.

Təqdimatı reallaşandan sonra tədbir qonaqları Alfa Romeo Giulietta ilə daha yaxından tanış ola bildilər. Modelin yeni ön hissəsi klassik Alfa Romeo motivinin təkmilləşmiş forması olan dəbdəbəli şəbəkə ilə bəzədilib. Bamperdə mükəmməl simmetriya ilə quraşdırılmış duman faraları ilə birlikdə böyük LED ön faralar Giulietta modelinə cəzbedici və iddialı görünüş verir. 170 at gücünü 1.4 litr həcmli mühərrikdə performans və qənaət arasında mükəmməl bir balans yaradır. Alfa Romeo Giulietta yola hakim olma, çeviklik və təhlükəsizlik məsələlərində ən tələbkar alıcıları məmnun edə biləcək bir avtomobildir. Giulietta-nın bütün elementləri hər şərtdə mükəmməl qüvvət və çeviklik tarazlığını təmin edəcək şəkildə hazırlanıb.

Alfa Romeo markasının rəsmi distribütoru “Autolux Azərbaycan” şirkətindən verilən məlumata görə yay aylarında bazara markanın tarixində ilk krosover Alfa Romeo Stelvio təqdim olunacaq.

Giulietta və Alfa Romeo markasının digər modelləri haqqında ətraflı məlumat almaq üçün Ü.Hacıbəyli, 57 ünvanında yerləşən rəsmi satış nümayəndəliyinə və ya 983 qısa telefon nömrəsinə müraciət edə bilərsiniz. Alfa Romeo brendinin yeniliklərini “Alfa Romeo Azerbaijan” FacebookInstagram səhifələrindən izləyə bilərsiniz.

Reklam hüququnda

Paylaş:
750

Son xəbərlər

Xankəndidə illər sonra ilk toy mərasimi keçirilib - FOTO21 / 09 / 2024, 17:59“Qışın sərt keçəcəyi barədə yayılan məlumatlarla əlaqədar bildiririk ki,... ” - Milli Hidrometeorologiya Xidməti21 / 09 / 2024, 17:19VII çağırış Milli Məclisin deputatları - SİYAHI21 / 09 / 2024, 17:01MMC-nin adı dəyişdirildi - Baş nazirdən QƏRAR21 / 09 / 2024, 16:35FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas edib21 / 09 / 2024, 16:13İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunmaqda şübhəli bilinən şəxsdən 50 kiloqram marixuana aşkarlanıb21 / 09 / 2024, 15:42Astarada 37 yaşlı rabitəçini elektrik cərəyanı vuraraq öldürüb21 / 09 / 2024, 15:13DİN əhaliyə çağırış edib - VİDEO21 / 09 / 2024, 14:22Dünya bazarında qızıl bahalaşmaqda davam edir21 / 09 / 2024, 13:54Prezident Azərbaycan Hökuməti, “ACWA Power” və ABB arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma”nı təsdiq edib21 / 09 / 2024, 13:22Bazar gününün hava proqnozu21 / 09 / 2024, 13:13“Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu davam edir - FOTO21 / 09 / 2024, 12:54Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularında aşkar olunan qaçaqmal götürülüb - VİDEO21 / 09 / 2024, 12:44Yaşlı qadına qarşı soyğunçuluqda şübhəli bilinən dəstə üzvləri saxlanılıb21 / 09 / 2024, 11:59İlham Əliyev maltalı həmkarını təbrik edib21 / 09 / 2024, 11:28Şəmkirdə qanunsuz tikililər sökülüb21 / 09 / 2024, 10:57Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA21 / 09 / 2024, 10:41Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb21 / 09 / 2024, 10:24Azərbaycan neftinin qiyməti aşağı düşüb21 / 09 / 2024, 10:12Xətai rayonunda su kəsiləcək21 / 09 / 2024, 10:02
Bütün xəbərlər