Makron Aİ-də islahatlar aparılmasa, Frexiti qaçılmaz hesab edir | 1news.az | Xəbərlər
Dünya

Makron Aİ-də islahatlar aparılmasa, Frexiti qaçılmaz hesab edir

12:32 - 01 / 05 / 2017
Makron Aİ-də islahatlar aparılmasa, Frexiti qaçılmaz hesab edir

Avropa İttifaqı islahatlar aparmaldır, yoxsa Fransanın qurumdan çıxması(Frexit) perspektivi ilə qarşılaşa bilər.

1news.az-ın məlumatına görə, bunu BBC-yə “İrəli” hərəkatının Fransada prezidentlyə namizədi Emmanuel Makron deyib.

O bildirib ki,  prezident seçkiləri ərzində "Avropa ideyası",  Avropa İttifaqının siyasətini müdafiə edib və bunu fransız xalqının mənafeyi,  qloballaşmada ölkənin yeri baxımından əhəmiyyətli hesab edib:

“Belə olan halda, xalqımızı qorumaq, qloballaşmanı tənzimləmək üçün Avropada islahatlar aparmaq vacibdir. Bizə yeni bir Avropa İttifaqı lazımdır.

Əgər mən növbəti gün Aİ-nin cari fəaliyyətini həyata keçirməkdə davam etsəm, öz xalqıma xəyanət etmiş olaram. Mən belə etmək istəmirəm,  biz  Frexitə gedə bilərik".

Qeyd edək ki, Makronun rəqibi Mari Le Pen dəfələrlə öz çıxışlarında seçildiyi halda planları arasında Frexit üzrə referendumun keçirilməsi olduğunu bəyan edib.

Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də keçirilib və qalib Makron olub. Seçkilərin ikinci turu mayın 7-də olacaq.

Pərvanə Sultanova

 

Paylaş:
775

Son xəbərlər

Bütün xəbərlər