Bakıda qadın kef məclisində döyülərək öldürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadın kef məclisində döyülərək öldürülüb

12:29 - 01 / 05 / 2017
Bakıda qadın kef məclisində döyülərək öldürülüb

Bakıda iki qadın döyülüb, onlardan biri ölüb.

1news.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, aprelin 30-da Səbail rayonunun Neftçilər prospektində Bakı şəhər sakini Yelena Sandradinovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Rusiya Federasiyası vətəndaşı Samir Zenyukov və paytaxt sakini Dmitriy Razumnıy tutulublar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

Hadisə ilə bağlı "Report" məlumat verib ki, həmin ünvanda başqa bir qadının da döyüldüyü aşkarlanıb. Hər iki qadın pul müqabilində intim xidmətlə məşğul olurmuş.

Fərid Ədalət

Paylaş:
663

Son xəbərlər

Bütün xəbərlər