Gəlini aparmağa gələnlər qız evini soydular
Azərbaycanda maraqlı oğurluq hadisəsi baş verib.
1news.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə toy günü baş verib.
Belə ki, toy günü qız evinin mənzilindən 3500 manat pul və 2000 manat dəyərində qızıl aparılıb. Qız evi məsələ ilə bağlı polisə şikayət ərizəsi təqdim edib.
Polisin və qız evinin ilkin ehtimalına görə, bu, oğurluq hadisəsidir. Onlar bu hadisənin oğlan evi tərəfindən planlandığını ehtimal edirlər.
Belə ki, oğlan evi el adətinə görə, qız evindən “götürməli olduqları” əşyanın yerinə belə bir üsula əl atıblar. Evdə heç bir əşyaya toxunulmayıb, sadəcə qeyd olunan məbləğdəki pul və zinət əşyaları götürülüb.
Qeyd edək ki, polis tərəfindən mənzilə baxış keçirilib, maddi sübutlar və barmaq izləri götürülüb. Hazırda iş Xətai rayon polis bölməsinin istintaq idarəsində araşdırılır.
1news.az