MTRŞ Elgizlə Zaurun verilişlərini tənqid etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

MTRŞ Elgizlə Zaurun verilişlərini tənqid etdi

15:40 - 02 / 05 / 2017
MTRŞ Elgizlə Zaurun verilişlərini tənqid etdi

“Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanallara mütamadi olaraq gender bərabərliyi haqqında verilişlərin hazırlanması barədə tövsiyələr verir”.

1news.az “Report”a istinadən xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq şöbəsinin müdiri Nemət Cavadov Bakıda “Gender problemləri və media” mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, hazırda efirdə olan verilişlərin əksəriyyətində qadınların güclü yox, onların cəmiyyətdə əzilməsini nümayiş etdirən proqramlar yayımlanır:

“Həmin verilişlərdə qadınların problemlərinin həll olunması yolları da göstərilir. Sosial problemlərin həllinə yönəlmiş “Elin gözü”, “Çıxış yolu”, “Bizimləsən” və s. verilişləri göstərmək olar. Həftə ərzində ümumilikdə efirdə sosial problemlərin həllinə yönəlmiş 38 saatlıq veriliş yayımlanır. Təəsüf ki, bəzən bu verilişlərdə qadınların problemləri üzərində şou yaradılması cəhdləri də müşahidə olunur”.

MTRŞ rəsmisi bildirib ki, Azərbaycanda media sahəsində fəaliyyət göstərənlərin 60-70 faizi qadın jurnalistdir:

“Ancaq onların təmsil olunduqları mətbu orqanların başında duranların 80 faizi kişilərdir. Bu da təəssüf doğurur. Bu göstərici ilə gender bərabərliyi yaratmaq, balansı qorumaq mümkün deyil”.

N.Cavadov vurğulayıb ki, zorakılıq, intihar və s. hallarla bağlı televiziyada yayımlanan məlumatların qaynağı hüquq-mühafizə orqanlarıdır:

“MTRŞ burada ancaq müəyyən tövsiyəçi kimi çıxış edə bilər. Zorakılıq və s. halları nümayiş etdirən xəbərlərin verilməsi ilə bağlı qaydalara əsasən bu kimi xəbərlər saat 23:00-dan sonra verilə bilər. MTRŞ bu cür xəbərlərin gecə saatlarında yayımlanmasına nəzarət edir”.

1news.az

Paylaş:
499

Son xəbərlər

Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41
Bütün xəbərlər