Daxili Qoşunlarının Bakıda yerləşən “N” saylı hərbi hissəsində sıra baxışı keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Daxili Qoşunlarının Bakıda yerləşən “N” saylı hərbi hissəsində sıra baxışı keçirilib - FOTO

20:59 - 02 / 05 / 2017
Daxili Qoşunlarının Bakıda yerləşən “N” saylı hərbi hissəsində sıra baxışı keçirilib - FOTO

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun tapşırığına əsasən DİN Daxili Qoşunlarının Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində sıra baxışı keçirilib.

DİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, nazir müavini-Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun iştirakı ilə keçirilən tədbirdə IV İslam Həmrəyliyi Oyunları zamanı ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsinə cəlb olunmuş hərbi qulluqçuların hazırlığının, geyim təminatının, xüsusi avadanlıq, eləcə də nəqliyyat vasitələri ilə təchizatının vəziyyəti yoxlanılıb.

Ş. Məmmədov Azərbaycanın ev sahibliyi edəcəyi yarışları ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi, əldə etdiyi nailiyyətlərin tərkib hissəsi kimi dəyərləndirərək, İslamiadanın müsəlman xalqları və dövlətləri arasında birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edəcəyini bildirib. Qeyd edilib ki, idmanın 21 növü üzrə keçiriləcək Oyunlar ərəfəsi və yarışlar zamanı digər güc strukturları ilə yanaşı, ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsinə cəlb ediləcək Qoşunların hazırlığı və bütün növ təminatı üzrə qarşıya qoyulan mühüm tapşırıqlar tam yerinə yetirilib.

Hərbi hissə komandiri yarışların keçiriləcəyi bütün ərazilərə, obyektlərə baxış keçirilməsi, müvafiq tədbirlərin görülməsi barədə məlumat verib. O da bildirilib ki, həmin ərazilərə xüsusi icazəsi olmayan şəxslərin buraxılmasının və avtomaşınların daxil olmasının, eyni zamanda baş verə biləcək digər xoşagəlməz halların qarşısının alınması tam yerinə yetiriləcək. Xidmətin təşkili ilə əlaqədar müvafiq plan-hesab hazırlanıb, əməliyyat qərargahları yaradılıb. Hərbi hissə rəhbərliyi xidmətaparma yerləri ilə əyani tanış olub, həvalə olunmuş obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrində buraxılış rejiminin təmin olunması üzrə xüsusi məşğələlər keçirilib. Hazırlıq mərhələsində buraxılış rejimini təmin edəcək qadın hərbi qulluqçuların da müvafiq məşğələlərdə iştirakı təmin edilib.

Sonra xüsusi təyinatlı bölmələrin, perimetr boyu və styuard xidmətinin aparılmasına cəlb olunacaq şəxsi heyətin, o cümlədən qadın hərbi qulluqçuların təchizatına baxış keçirilib. Şəxsi heyətin hazırlığını yüksək qiymətləndirən Ş. Məmmədov xidmətin aparılmasına cəlb olunan digər hüquq-mühafizə orqanları ilə Qoşunların birgə fəaliyyətinin koordinasiyası, tədbirin təşkilatçıları, aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkili istiqamətində konkret tapşırıqlarını verib, şəxsi heyətə çətin və məsuliyyətli işdə uğurlar arzulayaraq, qarşıya qoyulmuş tapşırıqların yüksək səviyyədə yerinə yetiriləcəyinə əminliyini bildirib.

1news.az

Paylaş:
1690

Son xəbərlər

Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52
Bütün xəbərlər