Bakıda qadın bıçaqlandı-VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qadın bıçaqlandı-VİDEO

11:54 - 02 / 05 / 2017
Bakıda qadın bıçaqlandı-VİDEO

 Bakıda 30 yaşlı qadının çantasını almaq istəyən şəxs onu bıçaqlayıb.

1news.az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Azadlıq prospektində yerləşən parkda 30 yaşlı Məhərrəmova Samirə Rafiq qızı bıçaqlanıb. O xəstəxanaya yerləşdirlib.

S.Məhərrəmova xəstəxanada polislərə ilkin ifadəsində bildirib ki, parkda gəzərkən naməlum şəxs onun çantasını əlindən almaq istəyib. Qadın müqavimət göstərərkən bıçaqlanıb.

Xəstəxanın həkim-cərrahı Bəhram Zeynalov  bildirib ki, S.Məhərrəmovanın vəziyyəti ağırdır. S.Məhərrəmova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

1news.az

 

Paylaş:
868

Son xəbərlər

Bütün xəbərlər