Azərbaycanda vulkan püskürdü
Mayın 2-də səhər saat 8 radələrində Bakı şəhərindən 15 km cənub-şərq istiqamətində, Xəzər dənizinin sahilində, neft-mədən sahəsində yerləşən Lökbatan palçıq vulkanında püskürmə baş verib.
1news.az lent.az-a istinadən xəbər verir ki, sözügedən palçıq vulkanı Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğuna aid deyil.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun Palçıq vulkanizmi şöbəsinin əməkdaşları Lökbatan palçıq vulkanının püskürdüyü əraziyə baxış üçün yollanıb.
İnstitutun mütəxəssisləri tərəfindən araşdırma aparılacaq. Ondan sonra vulkanın püskürmə səbəbi bəlli olacaq.
Xatırladaq ki, 1810-cu ildə qeydə alınmış Lökbatan palçıq vulkanı dünyanın ən aktiv 5 vulkanından biri olmaqla püskürməsinə görə dünya rekordçusudur və vulkanın hazırkı püskürməsi sayca 25-cidir.
1news.az