Rəşidə Behbudova anasının vəfatı haqda: Qəlbim ağrıdan parçalanır – FOTO
 
            
            
            Əfsanəvi azərbaycanlı müğənni Rəşid Behbudovun həyat yoldaşı Ceyran xanım vəfat edib.
“Qəlbim ağrıdan parçalanır. Anam, yaşıl gözlü gözəl anam bizləri tərk etdi”... bunu Facebook-da Rəşid və Ceyran Behbudovların qızı Azərbaycanın Əməkdar artisti Rəşidə Behbudova yazıb.
2016-cı ilin yayında Ceyran Behbudova infarkt keçirib. Bundan sonra onun sağlamlığında ciddi problemlər yaranmışdı.
Ötən gecə isə C.Behbudova vəfat edib. Əfsanəvi müğənni Rəşid Behbudovun həyat yoldaşı ilə vida mərasimi bu gün saat 12:00-da Təzə pir məscidində baş tutacaq.
Allah rəhmət eləsin.
Rəşidə Behbudova valideynləri ilə birgə
.jpg) 
.jpg) 
Ceyran Behbudova kürəkəni Kamal Şahverdiyevlə
.jpg) 
Tərcümə: S.Xankişiyeva
12104









