Mikayıl Cabbarov: Heydər Əliyevin təhsil fəlsəfəsi bu gün də öz bəhrəsini verir | 1news.az | Xəbərlər
Cəmiyyət

Mikayıl Cabbarov: Heydər Əliyevin təhsil fəlsəfəsi bu gün də öz bəhrəsini verir

13:41 - 03 / 05 / 2017
Mikayıl Cabbarov: Heydər Əliyevin təhsil fəlsəfəsi bu gün də öz bəhrəsini verir

Heydər Əliyevin təhsil fəlsəfəsi bu gün də öz bəhrəsini verir və təhsilin bütün səviyyələrində uğurların əsasını təşkil edir.

1news.az-ın verdiyi xəbərə görə, bunu təhsil naziri Mikayıl Cabbarov ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi zamanı bildirib.

“Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün sahələrdə, o cümlədən təhsildə inkişaf və müasirləşmə proseslərini uğurla həyata keçirir. Son illərdə təhsil islahatlarının məzmunca daha praktik və səmərəli xarakter alıb. Bu, təhsilin keyfiyyətinin artırılmasının başlıca hədəfdir”.

Nazir 5 yaşlı uşaqların məktəbəhazırlığının ölkə üzrə 55 faiz təşkil etməsini, təhsilalanların qiymətləndirilməsinin beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını, müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılmasını, vətəndaş məmnuniyyətinin təmin edilməsini və ali təhsil müəssisələrinin yeni çağırışlara cavab verməsi yönündə görülən işləri təhsildə aparılan dəyişikliklər kimi diqqətə çatdırıb.

Ümumi təhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında keçirilən təqdimat müsabiqəsi Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.

“Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 6 nəfər I, 9 nəfər II, 15 nəfər III dərəcəli diplomla, 23 nəfər isə tərifnamə ilə təltif olunub.

Müsabiqə qaliblərinə mükafat və müxtəlif qiymətli hədiyyələr təqdim edilib.

S.Xankişiyeva

Paylaş:
486

Son xəbərlər

Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41
Bütün xəbərlər