İlham Əliyevin göstərişi ilə Bakı Slavyan Universitetinin fasadı bərpa olunur
Bakı Slavyan Universitetinin (BSU) giriş hissəsinin fasadında Azərbaycanın tanınmış şair və yazıçılarının təsvir olunduğu mozaika yenidən bərpa olunur.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdə bildirilib ki, bərpa işləri Prezident İlham Əliyevin müvafiq göstərişi ilə aparılır:
“Fasadın bərpa işləri ilə bağlı eskiz layihələr Azərbaycan Rəssəmlar İttifaqı, Mədəniyyət və Turizm Nazirliyi və Dövlət Rəssamlıq Akademiyasının təklikləri əsasında hazırlanıb”.
Həmçinin Nazirlikdən bildirdilər ki, ötən ilin oktyabrında nazirliyin təşəbbüsü ilə işçi komissiya yaradılıb:
“Komissiya Azərbaycanın əməkdar rəssamı Elmaz Hüseynov tərəfindən hazırlanmış mozaik eskizlərin bərpasını məqsədəuyğun hesab edib.
Nazirlikdən bildirdilər ki, ilin sonunadək universitetin fasadı tamamilə bərpa olunaraq əvvəlki formasında olacaq.
Xatırladaq ki, BSU-nun binasını uzun illər bəzəyən mozaikanın sökülməsi ötən il sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzu olub.
Bütün bu müzakirələrə, eləcə də cəmiyyətdə fikirayrılığına baxmayaraq, Azərbaycanın əməkdar rəssamı Elmaz Hüseynovun yaradıcılığı, universitetin fasadını 1972-ci ildən bəzəyən mozaika tamamilə söküldü.
BSU-nun rektoru Nurlana Əliyeva KİV-ə müsahibəsində mozaikanın bərpasının mümkünsüz olduğunu bildirmişdi.
Tərcümə: S.Xankişiyeva