Əli Həsənov: Məqsədimiz daha effektli idarəçilik sistemi yaratmaqdır | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov: Məqsədimiz daha effektli idarəçilik sistemi yaratmaqdır

12:30 - 03 / 05 / 2017
Əli Həsənov: Məqsədimiz daha effektli idarəçilik sistemi yaratmaqdır

Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra təhlükəsizlik orqanlarının fəaliyyətinə qayğıyla yanaşmış, bu qurumların texniki təchizatının təmin edilməsi, sovet dövründə formalaşmış peşəkar kadrların qorunması ilə yanaşı, həm də  yeni gənc personalın yetişdirilməsi məsələsi də daim onun diqqət mərkəzində olub.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Heydər Əliyev-dövlət təhlükəsizlik orqanlarının ilk Azərbaycanlı generalı” mövzusunda keçirilən ümumrespublika konfransında deyib.

Əli Həsənov vurğulayıb ki, Heydər Əliyevin ideyaları, siyasi irsi və yaratdığı dövlətçilik məktəbi bu gün də Azərbaycan xalqının rifahına xidmət edir:

“Ölkəmiz özünün inkişaf strategiyasının yeni mərhələsinə – postneft dövrünə daxil olub. İndi Azərbaycanda həyata keçirilən siyasi və iqtisadi  islahatların  əsas hədəfi  çevik, operativ və effektli idarəçilik sistemi yaradaraq, mövcud daxili imkanlardan daha səmərəli və hərtərəfli istifadə etməklə respublikanın sosial-iqtisadi inkişafını davam etdirmək, Azərbaycanın dünya birliyində tutduğu öncül mövqelərini daha da möhkəmləndirmək və əhalinin artan maddi-mənəvi tələbatını gələcəkdə də dolğun şəkildə təmin etməkdən  ibarətdir.

Bu hədəflərə çatmaq üçün xalq- iqtidar birliyinin, sosial və siyasi sabitliyin qorunması çox vacib vəzifələrdəndir və əlbəttə ki, həmin vəzifələrin icrasında təhlükəsizlik xidməti əməkdaşlarının da xüsusi rolu var. Əminik ki, Heydər Əliyevin şah əsəri olan Azərbaycan dövlətçiliyinin qorunması və yeni hədəflərə doğru uğurlu inkişafı naminə milli  təhlükəsizlik xidməti  öz vəzifə və öhdəliklərini bundan sonra da layiqincə yerinə yetirəcək”.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
850

Son xəbərlər

Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47
Bütün xəbərlər