Makron seçkiqabaği debatda qalib gəlib | 1news.az | Xəbərlər
Dünya

Makron seçkiqabaği debatda qalib gəlib

09:12 - 04 / 05 / 2017
Makron seçkiqabaği debatda qalib gəlib

Fransa prezidentliyinə namizəd, “İrəli” hərəkatının təsisçisi Emmanuel Makron yekun debatda rəqibi, “Milli Cəbhə” partiyasının təmsilçisi Marin Le Peni məğlub edib.

1news.az-ın Lenta.ru-ya istinadla verdiyi xəbərə görə, BFMTV telekanalının sifarişi ilə “Elabe” araşdırma institutu tərəfindən keçirilmiş  sorğuya əsasən, televiziya debatını izləyən tamaşaçıların 63%-i E.Makronu, 34%-i isə M.Le Peni dəstəkləyib.

Sorğuda  1314 respondent iştirak edib. E.Makron 64%-lıq dəstəklə həmçinin “Figaro” qəzetinin keçirdiyi sorğuda rəqibindən üstün olub.

Fransada prezident seçkilərinin birinci turu aprelin 23-də baş tutub. Səsvermənin nəticələrinə görə ikinci tura 24,01% səs toplayan E.Makron və 21,3% səs toplayan M.Le Pen adlaya bilib. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.

S.Xankişiyeva

Paylaş:
622

Son xəbərlər

Bütün xəbərlər