Keyfiyyətsiz qeyri-qida əlavələrinin və kosmetik vasitələrin satışının qarşısı alınıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Keyfiyyətsiz qeyri-qida əlavələrinin və kosmetik vasitələrin satışının qarşısı alınıb – FOTO

17:19 - 05 / 05 / 2017
Keyfiyyətsiz qeyri-qida əlavələrinin və kosmetik vasitələrin satışının qarşısı alınıb – FOTO

İnsan orqanizminə ciddi zərər vuran, standartlara cavab verməyən keyfiyyətsiz, eləcə də müvafiq dövlət qurumlarından sertifikat alınmadan ölkəyə qanunsuz yolla gətirilən qeyri-qida əlavələri və kosmetik vasitələrin satışının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.

1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, ayrı-ayrı şəxslər tərəfindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə guya insanın artıq çəkisinin azaldılması üçün nəzərdə tutulan “Nano Thermal Gel” gellərinin keyfiyyətsiz olması və həmin vasitələrdən istifadə edən şəxslərin orqanizmlərində ciddi fəsadlar yaratdığı barədə çoxsaylı şikayətlər daxil olub.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən keyfiyyətsiz, saxta gellərinin satışı ilə məşğul olan Bakı şəhər sakini Tural Mustafayev saxlanılıb.

Saxlanılan şəxsə məxsus paytaxtın Nərimanov rayonunda yerləşən anbara baxış zamanı oradan külli miqdarda qeydiyyatsız, mənşəyi məlum olmayan, habelə sertifikatlaşdırılmadan satış üçün nəzərdə tutulan “Nano Thermal Gel” gelləri və müxtəlif çeşiddə olan çoxsaylı qeyri-qida əlavələri aşkar olunaraq götürülüb.

İlkin ifadəsi zamanı T.Mustafayev qeyd edilən gel və qeyri-qida əlavələrini ölkəyə gətirdiyini və həmin məhsulların onlayn yolla satışını təşkil etdiyini etiraf edib.

Aşkarlanan mənşəyi məlum olmayan məhsulların insan orqanizminə mənfi təsirinin dərəcəsini müəyyənləşdirmək məqsədi ilə müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

S.Xankişiyeva

Paylaş:
895

Son xəbərlər

Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41
Bütün xəbərlər