“Sərhədsiz” smartfonlar artıq satışda! - FOTO
Bu gün Azərbaycanda Samsung Galaxy S8 və Galaxy S8-in satışına start verilib. Hər iki smartfonu rəsmi satış nöqtələrində aşağıdakı rənglərdə əldə edə biləcəksiniz: qara, qızılı və tamamilə yeni olan “Boz Orxideya”.
Smartfonun displeyi yan çərçivələrdən qurtulmuş, axarlı şəkildə, korpusun ön hissəsinin, demək olar ki 84%-ni tutur. Elə texnologiyanın “Sərhədsiz” adı da bu cür bütöv, çərçivəsiz displeydən irəli gəlir.
Galaxy S8 və S8+ müvafiq olaraq 5,8“ və 6,2“ Super AMOLED-ekranla təchiz olunub. Bu displeylər Quad HD+ (2960 х 1440 piksel) icazəlidir. “Home” düyməsi isə indi virtualdır, basılma gücünə həssasdır və bilavasitə displeyin üzərində quraşdırılıb.
Yeni smartfonların ən mühüm xüsusiyyətlərindən biri də yüksək dərəcəli təhlükəsizlikdir. Göz skaneri sayəsində smartfonu, nəinki başqa bir adam, hətta sizin əkiz qardaşınız belə blokdan çıxara bilməz. Həmçinin, telefonu üz skaneri ilə də açmaq olar, barmaq izi skaneri isə korpusun ön tərəfindən arxa panelə, kameranın yanına köçürülmuşdür.
Yeniliklər smartfonların kameralarına da aiddir. Dual Pixel texnologiyalı 12 MP əsas kamera, Multi-kadr çəkilişi texnologiyası ilə təchiz olunub, bu da o deməkdir ki, həm günün qaranlıq vaxtında çəkilmiş şəkillər, həm də hərəkətdə olan obyektlərin fotoları daha aydın və parlaq olacaq. Ön kamera isə 8 MP-ə qədər artırılmışdır və smart-avtofokus ilə təchiz olunmuşdur. Smart- aftofokus üzün tanınma funksiyası ilə bərabər, sizə dəqiq təsvirli selfilər bəxş edəcək.
Galaxy S8 və S8+ dünyanın ilk 10 nüvəli prosessoru ilə təchiz olunmuş smartfonlardır. Flaqmanın “özəyi” Samsung Exynos 8895 ilə təmsil olunub. Bu prosessor keçmiş nəsil prosessorlardan 10% güclüdür və 20% daha az enerji sərf edir. Cihazın operativ yaddaşı 4 GB təşkil edir, daxili yaddaşı isə 64 GB-dır. Qeyd edək ki, smartfonların yaddaş həcmin microSD kartla 256 GB qədər artırmaq olar.
Smartfonlaırn İP68 sertifikasiyasından keçib, bundan sonra güclü yağış altına düşməkdən və yaxud cihazın üstünə suyun tokülməsindən narahat olmağa dəyməz, smartfonlar toz və suya davamlıdırlar və suyun 1,5 mert dərinliyində 30 dəqiqəyə qədər qala bilirlər.
Smartfonların akkumulyator həcmi Galaxy S8 3000 mAh, Galaxy S8+də isə 3500 mAh-dır. Akkumulyatorlar 8 mərhələli təhlükəsizlik yoxlamasından keçib. Həmçinin, hər iki cihaz sürətli və simsiz şarj toplama funksiyasına malikdir.
Zərif dizayn, sərhədsiz ekran, həm yüksək təhlükəsizlik, həm də inanılmaz güc - bu sadəcə əla bir smartfonun xüsusiyyətləri deyil, bu yaxın illərdə istehsalçıların bərabər tutulmaq istədikləri cihazın təsviridir və yaxşıların ən yaxşısını seçən insanların seçimidir.
Sözügedən smarfonları “Baku Electronics”, “İrshad Telecom”, “Kontakt Home” və “Soliton” mağazalar şəbəkəsindən əldə etmək olar.
Reklam hüququnda