“Rəqs edən milyonçu" Bakıdan nə yazdı?-FOTOLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

“Rəqs edən milyonçu" Bakıdan nə yazdı?-FOTOLAR

14:39 - 06 / 05 / 2017
“Rəqs edən milyonçu" Bakıdan nə yazdı?-FOTOLAR

Birinci Bakı Şopinq Festivalın fəxri qonağı, italiyalı iş adamı və filantrop, sosial şəbəkələrdə “rəqs edən milyonçu” kimi tanınan Canluka Vakki öz İnstaqram səhifəsində Azərbaycan paytaxtına səfər ilə bağlı elanı paylaşıb.

1news.az xəbər verir ki, iş adamı bunları yazıb:

“Mən sizi Bakı Şopinq Festivalda gözləyirəm. Мayın 6-da şənbə günü DJ proqramında hamınızı gözləyirəm…. zövq alın… !”, deyə, Canluka Vakki İnstaqram səhifəsində yazıb.

O, eyni zamanda Bakıdakı çıxışının afişasının əks olunduğu fotonu da paylaşıb (https://www.instagram.com/p/BTkDKquhWoF/?taken-by=gianlucavacchi&hl=ru)

Bu paylaşım cəmi bir neçə saat ərzində 78 mindən çox adam tərəfindən bəyənilib, 500-dən artıq şərh yazılıb.

Bakıda böyük səbrsizliklə gözlənilən Canluka Vakki mayın 6-da Elektra Hall-da DJ proqramı ilə çıxış edəcək.

Çılğın rəqsləri, səyahətləri və dəbdəbəli həyat tərzi ilə məşhurlaşan, videoları sosial şəbəklərdə rekord sayda izlənilən italiyalı iş adamı Canluka Vakkinin Şopinq Festivalı çərçivəsində nəzərdə tutulan çıxışı onun Bakıdakı pərəstişkarları və şəhərimizin qonaqları üçün böyük hədiyyə olacaq.

Bakı Şoppinq Festivalı aprelin 10-dan mayın 10-na qədər keçirilir. Festivalın təşkilatçılığı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

İldə 2 dəfə keçiriləcək festival ticarət, turizm, əyləncə, dəb və mədəniyyət sferalarını əhatə edir. Festival çərçivəsində şəhərin mərkəzindəki çoxsaylı ticarət mərkəzlərində qonaqlara xüsusi endirimlər təklif olunur. Azərbaycan vətəndaşları və xarici turistlər 100 azn və daha artıq məbləğdə alış – veriş etməklə TAX-Free sistemindən istifadə edə bilirlər.

Festival çərçivəsində həmçinin maraqlı, əyləncəli konsert proqramları təşkil olunur, tamaşa və film təqdimatları, sərgi-yarmarkalar, dəb nümayişi, DJ, animator, müğənilərin çıxışlarından ibarət təqdimatlar, flaşmoblar və s. keçirilir ki, bu da festivala yüksək bayram əhval-ruhiyyəsi qatır.

Növbəti festivalın bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulur.

1news.az

 

 

 

Paylaş:
966

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər