Bakıda motosikletin vurduğu paytaxt sakini dünyasını dəyişdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda motosikletin vurduğu paytaxt sakini dünyasını dəyişdi

17:24 - 09 / 05 / 2017
Bakıda motosikletin vurduğu paytaxt sakini dünyasını dəyişdi

Bakıda motosikletin vurduğu şəxs xəstəxanada dünyasını dəyişib.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, mayın 4-də saat 14 radələrində Nərimanov rayonu ərazisində Ağsu rayon sakini Fuad Allahverdiyev idarə etdiyi “Zontes ZT” markalı motosikletlə yolu keçən Bakı şəhər sakini İlham Bayramovu vurub.

Xəstəxanaya yerləşdirilən İ.Bayramov mayın 8-də orada ölüb.

Faktla bağlı Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Babək Cahandarov

Paylaş:
858

Son xəbərlər

Bütün xəbərlər