Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yeni inzibati binası istifadəyə verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yeni inzibati binası istifadəyə verilib - FOTO

20:00 - 09 / 05 / 2017
Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yeni inzibati binası istifadəyə verilib - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) Vətənimizin müqəddəs sərhədlərinin toxunulmazlığını yüksək səviyyədə təmin etməklə yanaşı, ölkəmizdə sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi, bütün hərbi hissə və bölmələrdə müasir tələblərə cavab verən yeni sərhəd məntəqələrinin tikilib istifadəyə verilməsi, sərhədçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılması tədbirlərini müvəffəqiyyətlə davam etdirir.

Dövlət Sərhəd Xidməti Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yeni inşa edilmiş inzibati binası bu istiqamətdə həyata keçirilmiş məqsədyönlü tədbirlərin növbəti nəticələrindən biridir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən 1news.az-a verilən məlumata görə, mayın 9-da Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yaradılmasının 25 illiyi və yeni inşa edilmiş inzibati binasının açılışı münasibətilə təntənəli mərasim keçirilib.

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqəti sayəsində Dövlət Sərhəd Xidməti tərəfindən əldə olunmuş xidməti nailiyyətlər barədə danışıb, Ali Baş Komandanın etimadı ilə fəxr edən Azərbaycan sərhədçıləri üçün dövlətçiliyimizin və sərhədlərimizin keşiyində durmağın böyük şərəf və yüksək məsuliyyət olduğunu bildirib.

Çıxış edənlər Dövlət Sərhəd Xidmətinin Hava Nəqliyyatında sərhəd nəzarəti dəstəsinin fəaliyyətə başladığı gündən respublikamızın əsas giriş-çıxış qapılarında dövlət sərhədindən keçən şəxslərə, nəqliyyat vasitələrinə və yüklərə etibarlı sərhəd nəzarətini həyata keçirdiyini, müstəqilliyimizin ilk illərində əzmkarlıq və iradə nümayiş etdirdiyini, böyük inkişaf yolu keçərək formalaşdığını vurğulayıblar.

Tədbirdə xidmətdə yüksək nəticələr göstərmiş bir qrup hərbi qulluqçu təltif olunub.

Hava Nəqliyyatında Sərhəd Nəzarəti Dəstəsinin yeni inzibati binasının rəmzi açılışını bildirən lent kəsildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və digər qonaqlar ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar. Sonra inzibati binaya baxış keçirilib.

Ümumi ərazisi 0,6 hektar olan dördmərtəbəli qərargah binasında xidməti və xüsusi təyinatlı otaqlar, müxtəlif yığıncaqların və tədbirlərin keçirilməsi üçün konfrans zalı, təlim mərkəzi yaradılıb. Qərargah binasında xidmətin yüksək standartlara və günün tələblərinə uyğun şəkildə təşkil olunması üçün zəruri şərait yaradılıb, bina lazımi avadanlıqlar və vasitələrlə təmin olunub.

1news.az

Paylaş:
1327

Son xəbərlər

Bakıda avtomobil yanıbBu gün, 14:45Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölübBu gün, 14:31Yaponiyada 5.7 maqnitudalı zəlzələ olubBu gün, 14:19FHN: Ötən sutka 2 nəfər xilas edilibBu gün, 14:01Bakıda və Abşeron yarımadasında yağış yağacağı gözlənilir - XƏBƏRDARLIQBu gün, 13:39Hacıqabulda quldurluq edən şəxslər saxlanılıbBu gün, 13:22Cəlilabadda 33 yaşlı qadın itkin düşübBu gün, 12:57Dekabrın ilk günü hava necə olacaq? - HAVA PROQNOZUBu gün, 12:34Azərbaycan nefti bahalaşıbBu gün, 12:09Naxçıvandan Bakıya gedən avtobus Biləsuvarda "Kamaz"la toqquşub, xəsarət alanlar var - FOTOBu gün, 11:51Yasamal və Abşeronda avtomobil qaçıran şəxslər saxlanılıbBu gün, 11:33Azərbaycan mediası COP29 zamanı 60 min material, 4500-dən artıq telereportaj veribBu gün, 11:18Bərdə sakinindən 4 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 10:57“Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 3 il ötürBu gün, 10:33Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişibBu gün, 10:17Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41
Bütün xəbərlər