Maliyyə Nazirliyi ABB-nin sağlamlaşdırılmasının növbəti mərhələsinə dəstək verir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Maliyyə Nazirliyi ABB-nin sağlamlaşdırılmasının növbəti mərhələsinə dəstək verir

23:32 - 11 / 05 / 2017
Maliyyə Nazirliyi ABB-nin sağlamlaşdırılmasının növbəti mərhələsinə dəstək verir

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli Fərmanında nəzərdə tutulmuş zəruri tədbirlərin icrası çərçivəsində ABB-nin xarici borcunun müəyyən hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi yolu ilə ümumi kapitala nisbətdə borc səviyyəsinin azaldılması ilə bağlı kompleks tədbirlərin növbəti mərhələsinə başlanılıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bu mərhələdə ölkənin ən böyük və sistem əhəmiyyətli bankı olaraq hesablaşmaların və sosial ödənişlərin həyata keçirilməsində, əhaliyə geniş spektrli bank xidmətlərinin göstərilməsində vacib rolu olan ABB-nin dövlət və xarici kreditorlardan valyutada cəlb olunmuş öhdəliklərinin bir hissəsinin Azərbaycan Respublikasının suveren öhdəliklərinə daxil edilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi bildirir ki, ABB-nin sağlamlaşdırılması istiqamətində, o cümlədən kapital və likvidlik səviyyəsinin qorunması məqsədi ilə hökumət tərəfindən bir çox tədbirlər həyata keçirilib, bir sıra tədbirlər isə hazırda icra olunmaqdadır. O cümlədən bankın toksik aktivlərinin balans dəyəri ödənilməklə dövlətə məxsus qurum tərəfindən alınıb, bankın nizamnamə kapitalına əlavə kapital yerləşdirilib, əmanətçilərə əmanətləri üzrə dövlət tərəfindən zəmanət verilib.

Bununla belə, bankın xarici valyutada ifadə olunmuş böyük həcmdə öhdəliklərinin mövcudluğu, 2016-cı ildə manatın məzənnəsinin əsas xarici valyutalara nisbətən ucuzlaşması bankın zərərini bir qədər də artıraraq kapital mövqeyinə mənfi təsir göstərib.

Bununla əlaqədar bank tərəfindən xarici kreditorlar qarşısında xarici valyutada olan öhdəliklərinin Maliyyə Nazirliyinə ötürülməsinə dair restruktizasiya proqramı hazırlanıb.

Təklif olunan restruktizasiya proqramı bankın cəlb edilmiş borc səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılmasına imkan verməklə ABB-nin sağlamlaşdırılması üzrə həyata keçirilən tədbirlərə əlavə təkan olacaq, bankın etibarlılığının, uzunmüddətli maliyyə dayanıqlılığının təmin olunmasına və gələcəkdə özəlləşdirilməsinin asanlaşdırılmasına müsbət töhfə verəcək.

Maliyyə Nazirliyi bəyan edir ki, atılacaq restruktizasiya addımları, kreditorlar qarşısında ABB-nin öhdəliklərinin dövlət öhdəlikləri ilə əvəz edilməsi (bu məqsədlə kreditorların xeyrinə xarici valyutada dövlət istiqrazlarının verilməsi nəzərdə tutulur) planına Azərbaycan Hökuməti tərəfindən razılıq verilməsi ABB-nin sağlamlaşdırılmasına yönəlmiş vacib addımlar olmaqla yanaşı, bankın kreditorlarına əlavə əminlik və dəstək verilməsinə hesablanıb.

Müxtəlif ölkələrdə, o cümlədən ABŞ, Böyük Britaniya, İrlandiya və digər dövlətlərdə də bank sektoruna dəstək məqsədilə tətbiq olunmuş bu təcrübə bankın ümumi kapitala nisbətdə borc səviyyəsinin azaldılmasını, maliyyə durumunun sağlamlaşdırılmasını, fəaliyyətinin səmərəliliyinin artırılmasını, ölkə iqtisadiyyatını dəstəkləyən güclü maliyyə institutuna çevrilməsini təmin edəcək.

Bəyan edilən addımlar ABB-nin bütün digər öhdəlikləri üzrə, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının, hüquqi şəxslərin və digər qeyri-rezidentlərin milli və xarici valyutada əmanətləri və bank hesabları üzrə əməliyyatları cari rejimdə davam edəcək. Bu öhdəliklərin icrası üçün bank yetərli həcmdə sərbəst maliyyə vəsaitlərinə malikdir.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi “Azərbaycan Beynəlxalq Bankı” ASC ilə birlikdə yuxarıda qeyd olunan tədbirlərin həyata keçirilməsinə zəruri dəstək verir və vaxtaşırı bu barədə əlavə məlumat veriləcək.

1news.az

Paylaş:
694

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər