“Samsung” şirkəti uzadıla bilən OLED displey hazırlayıb
“Samsung” şirkəti dünyada ilk uzadıla bilən ekran təqdim edəcək. Yeni displey 23-25 may tarixlərində keçiriləcək “SID” (“Society for Information Display”) konfransında nümayiş etdiriləcək.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, indi “Samsung” şirkəti yalnız bir istiqamət üzrə bükülən ekranlar istehsal edir, yeni displeyi isə hər iki istiqamət üzrə istənilən formada əymək, bükmək mümkündür. Ekranın ölçüsü 9,1 düymdür (23 sm), onun səthi 12 mm uzadıla bilər və mobil qurğu və avtomobillərdə tətbiq edilə bilər.
Analitiklərin proqnozuna görə, 2022-ci ilədək elastik ekranlar bazarının həcmi 15,5 milyard dollar təşkil edəcək. Ötən il bu göstərici 3,7 milyard dollar olub.
Babək Cahandarov
738