Polşadakı azərbaycanlılar: Rusiyada bir sıra QHT fəaliyyət göstərdiyi halda, ÜAK-ın ləğvini ayrı-seçkilik kimi qiymətləndiririk | 1news.az | Xəbərlər
Siyasət

Polşadakı azərbaycanlılar: Rusiyada bir sıra QHT fəaliyyət göstərdiyi halda, ÜAK-ın ləğvini ayrı-seçkilik kimi qiymətləndiririk

14:15 - 24 / 05 / 2017
Polşadakı azərbaycanlılar: Rusiyada bir sıra QHT fəaliyyət göstərdiyi halda, ÜAK-ın ləğvini ayrı-seçkilik kimi qiymətləndiririk

Polşada  fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi ilə bağlı bəyanat yayıb.

1news.az-ın verdiyi xəbərə görə, bəyanatda qeyd edilir:

“Bütün dünyada yaşayan azərbaycanlılar bu il mayın 15-də Rusiya Federasiyası Ali Məhkəməsində Rusiya Ədliyyə Nazirliyinin Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvi ilə bağlı xəbəri təəccüb və təəsüf hissi ilə qarşılayıblar.

Həmyerlilərimiz Rusiya Federasiyasının tamhüquqlu və sədaqətli vətəndaşlarıdır. Onlar Rusiyanın iqtisadi, ictimai-mədəni həyatında fəal iştirak edərək, Azərbaycan-Rusiya münasibətlərinin inkişafında, eləcə də ruslarla azərbaycanlılar arasında dialoqun möhməklənməsində vacib rol oynayıblar.

Nəzərə alsaq ki, Rusiyada etnik və milli qrupları birləşdirən bir sıra qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Sadəcə olaraq Azərbaycan Konqresinin ləğvini ayrı-seçkilik qiymətləndirik, bu qərarı qərəzli hesab edirik.

Buna görə də rus xalqını bu təxribata uymamağa, eləcə də çoxmillətli dövlət kimi Rusiya Federsiyasının nüfuzuna xələl gətirən düşünülməmiş qərarlar qəbul etməməyə çağırırıq”.

Mövzu ilə əlaqədar oxuyun:

Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatını ləğv edib

Hikmət Hacıyev: ÜAK-ın ləğv edilməsi ciddi təəssüf və təəccüb doğurur

Diaspora Komitəsi ÜAK-ın bağlanması ilə bağlı bəyanat verdi

Türkiyədəki Azərbaycan diasporu: ÜAK-ın bağlanması qəbulolunmazdır

S.Xankişiyeva

Paylaş:
739

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər